
Xiaomi keçən il Ford və General Motors-dan daha çox elektromobil satıb
Nəqliyyat
24.03.2025
Emil
Xiaomi 2024-cü ilin mart ayında öz ilk elektromobilini satışa çıxartdı. Lakin ilin yekununa əsasən, Ford və General Motors-dan daha çox elektrik nəqliyyat vasitəsi satıb. Amerikalı istehsalçılar Çin bazarında ciddi çətinliklərlə üzləşirlər, çünki elektromobillərə olan maraq sürətlə artır və satış liderləri yerli şirkətlər olaraq qalır. Bu vəziyyət Xiaomi-yə liderliyə yüksəlmək imkanı verib. Xiaomi əsasən smartfonları və digər istehlak elektronikası ilə tanınır, lakin o da öz elektromobilini buraxmaq qərarına gəlib - SU7 modeli mart ayında satışa çıxıb və 2024-cü ilin yekunlarına görə Çinli elektronika nəhəngi 136 854 ədəd elektromobil satıb. Müqayisə üçün, Ford-un 2024-cü ildəki qlobal elektromobil satışları 97 000-dən bir qədər çox, General Motors-un isə 114 400-dən bir az artıq olub.

Xiaomi-nin bu yüksək satış göstəricilərinə baxmayaraq, SU7 bütün bu müddət ərzində yalnız Çində satılıb. Digər tərəfdən, Çin avtomobil bazarının həcmi təxminən ABŞ və Avropa bazarlarının birlikdə ölçüsünə bərabərdir. Bu isə o deməkdir ki, Çinli avtomobil istehsalçıları sağ qalmaq üçün məhsullarını mütləq ixrac etməyə ehtiyac duymurlar, amma ölkədə satışları az olan beynəlxalq avtomobil brendləri nəhəng bir fürsəti əldən verirlər. Xiaomi və digər Çin avtomobil istehsalçıları son illərdə elektromobil çeşidini sürətlə artırıblar, nəticədə Amerika brendləri bu bazarda məğlubiyyətə uğrayıb və rəqabətdən ən çox zərər görən isə Tesla olub. Çində elektromobil bazarının inkişafı fonunda Tesla premium seqmentdə rəqibsiz idi, BYD və digər şirkətlər isə daha əlçatan modellərə yönəldilər.

Xiaomi-nin SU7 modeli, Tesla-nın analoqlarını üstələyən, lakin daha münasib qiymət təklif edən yeni nəsil elektromobillərə aiddir. Fevral ayının yekunlarına görə, Elon Musk-ın şirkəti Çində cəmi 30 688 elektromobil satıb - bu isə 2022-ci ilin iyulundan bəri ən aşağı göstəricidir. Çində zəif tələbat - yalnız Tesla-nın deyil, digər şirkətlərin də problemidir. Ford, rəqabətədavamlı model çeşidi ilə öyünə bilmədiyindən, əldə olan 8 ilin 7-də burada satışlarının azaldığını göstərir. Bəzi fikirlərə görə, Detroytun “böyük üçlüyü” - Ford, General Motors və Chrysler - zərərləri azaltmaq üçün Çin bazarından ümumiyyətlə tez bir zamanda çıxmalıdır.
Mənbə: CCN
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
POCO F7 Pro və F7 Ultra-nın render fotoları ortaya çıxıb
Xiaomi-nin POCO brendi yaxın zamanda POCO F7 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya adi POCO F7 ilə yanaşı POCO F7 Pro və F7 Ultra modelləri də daxil olacaqlar.

Cihazlar+
REDMI Turbo 4 Pro-nun hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyəcəyi məlum olub
Xiaomi-nin REDMI brendi yanvar ayının əvvəlində REDMI Turbo 4 smartfonunun təqdim etmişdi. İndi isə onun Pro versiyası təqdimata hazırlaşır.

Cihazlar+
Xiaomi Civi 5 Pro böyük həcmli batareyanı əldə edəcək
Xiaomi şirkəti yaxın zamanda Xiaomi Civi 5 Pro smartfonunu təqdim edə bilər. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində Xiaomi tərəfindən hazırlanan bu yeni smartfon barəsində növbəti təfərrüatları təqdim edib.

Cihazlar+
POCO F7 Ultra smartfonu Geekbench testlərindən keçib
Xiaomi-nin POCO brendi hal-hazırda POCO F7 smartfon seriyası üzərində çalışır. Bu seriyaya daxil olacaq modellərdən biri də POCO F7 Ultra olacaq.

Cihazlar+
Huawei və Xiaomi taxıla bilən cihazlar bazarının yarısını idarə edirlər
Canalys analitik şirkəti 2024-cü il üzrə taxıla bilən ağıllı cihazların tədarükü ilə bağlı hesabatını yayımlayıb. 2023-cü illə müqayisədə bu bazar 4.1% böyüyərək 193 milyon qurğuya çatıb.
Ən çox oxunanlar

POCO F7 Pro və F7 Ultra-nın render fotoları ortaya çıxıb
