Xiaomi-nin "ailə avtomobili" SU7 Ultra, Nyürburqrinq rekordunu qırıb! (VİDEO)
Nəqliyyat
30.10.2024
Farid Pardashunas
Xiaomi-nin SU7 prototip elektrik avtomobili Almaniyanın məşhur Nyürburqrinq trekində dövrə rekordu qırıb. SU7 Ultra, 6:46.874 nəticəsi ilə trekdəki ən sürətli 4 qapılı avtomobil adını qazanıb.
Xiaomi-nin yüksək performanslı SU7 Ultra prototip elektrik avtomobili Nyürburqrinq trekini 6:46.874 saniyəyə tamamlayaraq, bu trekdəki ən sürətli dördqapılı avtomobil olub. Eyni zamanda bu nəticə ilə ilin əvvəlində Porsche Taycan Turbo GT-nin 7:07.55-lik rekord nəticəsini də qırıb.
Üstəlik, avtomobil təxminən 12 saniyə güc itirməsinə baxmayaraq, bu reytinqə nail ola bilib. Xiaomi, SU7 Ultra-nın yollarda qanuni şəkildə istifadə edilə biləcəyini bildirsə də, rekord sınağı üçün istifadə olunan avtomobilin içinin yüngülləşdirilməsi üçün bəzi hissələrinin çıxarıldığını və təhlükəsizlik qəfəsi ilə təchiz edildiyini qeyd edib. Ancaq bu metoddan bir çox istehsalçı istifadə edir və bu, avtomobilin effektiv bir zaman əldə etdiyi faktını dəyişmir.
Bu yay təqdim olunan və təxminən 112.500 dollar qiymətindən satışa çıxarılması gözlənilən hiper avtomobil, Xiaomi tərəfindən hazırlanan 3 mühərrikli 4 təkərdən çəkiş sisteminə malikdir və 1529 at gücü (1140 kVt) ilə 0-dan 100 km/s sürətə yalnız 1.97 saniyədə çatır. Avtomobilin maksimum sürəti isə 350 km/s-dir. Bu göstəricilərlə SU7 Ultra, dünyadakı digər sedan avtomobillərdən (elektrik və ya daxili yanma mühərrikli) daha sürətli və daha güclüdür. O, Lucid Air Sapphire-in 1234 at gücünü, Tesla Model S Plaid-in 1020 at gücünü və Porsche Taycan Turbo GT-nin 1092 at gücünü geridə qoyur.
Karbon-keramikadan hazırlanmış, öz sinfinin ən böyük əyləc disklərinə sahib olacaq avtomobil, yarış avtomobillərinə xas olan Bilstein EVO T1 təkərləri ilə təchiz ediləcək. Xiaomi ötən dekabr ayında ilk elektrikli avtomobili SU7-ni təqdim etmiş və rəsmi olaraq mart ayında bazara çıxarmışdı. 30.760 dollardan başlayan qiymətlərlə satışa çıxarılan avtomobil böyük maraq doğurmuş və bu il üçün nəzərdə tutulan 100.000 ədədlik istehsal hədəfini aşmağa hazırlaşır. Xiaomi, yüksək tələbatı ödəmək üçün 2025-ci ilin ortalarına qədər fabrikində genişləndirmə işlərini tamamlamağı planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi Smart Band 9 Pro qolbağı təqdim edilib - QİYMƏTİ
Xiaomi Smart Band 9 Pro qolbağı təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkətinin təqdim etmiş olduğu yeni məhsullardan biri də Xiaomi Smart Band 9 Pro qolbağı oldu. Adi Xiaomi Smart Band 9 ilə müqayisədə Smart Band 9 Pro daha çox smart saata bənzəyir.
Xiaomi Watch S4 smart saatı təqdim edilib - QİYMƏTİ
Xiaomi Watch S4 smart saatı təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti Xiaomi 15 smartfonları və Xiaomi Pad 7 planşetləri ilə yanaşı üstəlik yeni smart saatını da təqdim edib. Şirkətin yeni smart saatı Xiaomi Watch S4 adlanır.
Xiaomi Pad 7 və Pad 7 Pro planşetləri təqdim edilib - QİYMƏTİ
Xiaomi Pad 7 və Pad 7 Pro planşetləri təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti Xiaomi 15 smartfonları ilə yanaşı Xiaomi Pad 7 planşet seriyasını da təqdim edib. Yeni seriyaya iki model daxil olub. Xiaomi Pad 7 və Pad 7 Pro. Planşetlər xarici görünüşcə bir-birilərinə bənzəyirlər və bəzi texniki imkanlar baxımından eynidirlər.
Xiaomi 15 və Xiaomi 15 Pro təqdim olunub - QİYMƏTİ
Xiaomi 15 və Xiaomi 15 Pro təqdim olunub - QİYMƏTİ
Xiaomi şirkəti Çində keçirtmiş olduğu təqdimat tədbiri çərçivəsində Xiaomi 15 və Xiaomi 15 Pro smartfonlarını təqdim edib. Bu yeni smartfonlar xarici görünüşcə bir-birilərindən fərqlənmirlər. Hər iki smartfon yastı gövdə və ekran dizaynını əldə edib.
Büdcəli Redmi A24 monitoru təqdim edilib - QİYMƏTİ
Büdcəli Redmi A24 monitoru təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin Redmi brendi yeni büdcəli monitorunu təqdim edib. Yeni büdcəli monitor Redmi A24 adlanır və o, ofis işləri üçün nəzərdə tutulub.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!