Logo
    main-post-cover

    Xiaomi-nin elektrikli krossoveri Çinin avtomobil yollarında görülüb

    Nəqliyyat
    16.09.2024
    Emil
         Son məlumatlara əsasən Xiaomi şirkəti öz yeni elektromobili üzərində çalışır. Söhbət, elektrikli krossoverdən gedir. Bu elektromobilin prototipi artıq bir dəfə Çindəki avtomobil yollarında test edilən zaman görülüb. İndi isə insayderlər onun yeni fotolarını təqdim ediblər. Təqdim edilmiş fotolardan da görmək olar ki, Xiaomi özünün elektrikli krossoverinin prototip versiyasını Çindəki avtomobil yollarında test etməyə davam edir. Elektromobilin gövdəsi xüsusi örtüyə sahib olsa da, görmək olar ki, onun gövdəsi aşağı hündürlüyə sahibdir və gövdənin üzərində çoxlu sayda LiDAR skaner yerləşdirilib. İnsayderlərin fikirlərinə əsasən elektromobil öz gövdəsinin forması baxımından Ferrari Purosangue avtomobilinə bənzəyir. Gözləntilərə əsasən Xiaomi öz elektrikli krossoverini artıq gələn il təqdim edəcək.
    Paylaş