main-post-cover

    Xiaomi-nin MWC 2024 sərgisində təqdim edəcəyi məhsullar məlum olub

    Nəqliyyat
    12.02.2024
    Emil Nəcəfov
         Xiaomi şirkəti bu ayın sonunda baş tutacaq MWC 2024 sərgisində iştirak edəcək. Daha öncə şirkətin sözügedən sərgidə Xiaomi 14-ün qlobal versiyası ilə hansısa planşetinin təqdim olunacağı güman edilirdi. Lakin görünür, şirkət sərgi çərçivəsində daha çox məhsul təqdim edəcək. Belə ki, şirkətin MWC 2024 sərgisinə həsr edilmiş yeni tizer posterində smartfon, avtomobil, planşet, smart saat və tozsoran əks olunub. Ən diqqət çəkən isə məhz avtomobildir. Görünür, şirkət sərgi çərçivəsində özünün Xiaomi SU7 adlı elektromobilini sərgiləyəcək. Smart saat ilə planşetə gəldikdə isə çox güman ki, söhbət, Xiaomi Watch 2 ilə Xiaomi Pad 6s Pro-dan gedir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi Watch 2 smart saatı təqdimata hazırlaşır
    xiaomi-watch-2-smart-saati-teqdimata-hazirlasir
    Xiaomi 14-ün qlobal versiyası hansı qiymətə satılacaq?
    xiaomi-14-un-qlobal-versiyasi-hansi-qiymete-satilacaq
    Xiaomi 14 Ultra-nın satış qiyməti açıqlanıb
    xiaomi-14-ultra-nin-satis-qiymeti-aciqlanib
    Xiaomi Pad 6s Pro planşetinin fotosu ortaya çıxıb
    xiaomi-pad-6s-pro-plansetinin-fotosu-ortaya-cixib
    Xiaomi Civi 4-ün nə zaman satışa çıxacağı açıqlanıb
    xiaomi-civi-4-un-ne-zaman-satisa-cixacagi-aciqlanib