Logo
    main-post-cover

    Xiaomi-nin növbəti elektromobili gələn ilin birinci rübü çərçivəsində təqdim edilə bilər

    Nəqliyyat
    23.11.2024
    Emil
         Xiaomi rəqabətin yüksək olduğu Çin avtomobil sahəsində öz yerini təyin etməyə səy göstərir. Şirkət öz ilk elektromobili olan Xiaomi SU7-nin istehsal həcmini genişləndirir və onun idman versiyası olan SU7 Ultra-nın satışlarına hazırlaşır. İndi isə Xiaomi-nin növbəti elektromobili barəsində məlumat verilib. Beləliklə Çinin kütləvi informasiya vasitələrinin Xiaomi planları ilə yaxından tanış olan mənbələrə istinadən vermiş olduqları məlumata əsasən şirkət növbəti elektromobilini gələn ilin fevral və ya mart ayında təqdim edə bilər.
         Yəni 2025-ci ilin birinci rübünün sonuna yaxın. Qeyd etmək lazımdır ki, şirkət artıq rəsmi şəkildə təsdiqləyib ki, Xiaomi SU7 Ultra elektromobili gələn ilin mart ayında satışa çıxacaq. Beləliklə nəticədə şirkətin növbəti elektromobilinin təqdimatı Xiaomi SU7 Ultra-nın satış startı ilə üst-üstə düşə bilər. Şirkətin ilk elektromobili olan Xiaomi SU7 bu ilin mart ayında satışa çıxmışdı. Elektromobilin satışa çıxmasından 1 ilin keçməsi şərəfinə şirkət öz növbəti elektromobilini təqdim edə bilər. Gözləntilərə əsasən Xiaomi-nin növbəti elektromobili krossover olacaq.
    Paylaş