Logo
    main-post-cover

    Xiaomi öz elektromobillərinin qlobal bazarda satışları üçün hazırlıqlara başlayıb

    Nəqliyyat
    16.12.2024
    Emil
         36Kr saytının bəzi anonim mənbələrə istinadən vermiş olduğu məlumata əsasən Xiaomi şirkəti qlobal bazarda avtomobil biznesinin formalaşdırılması ilə məşğuldur. Məlumatda qeyd edilib ki, şirkət qloibal bazardakı satışlar üçün nəzərdə tutulmuş hazırlıq komandasını formalaşdırıb və marketinq tədqiqatları, layihələrin idarəsi, satış sonrası xidmət kimi sahələrdə vəzifələri tərtib edir. Məlumata əsasən şirkət avtomobil biznesi ilə bağlı beynəlxalq komandanı formalaşdırandan sonra bəzi ölkələrdə məhdud sayda elektromobilini satışa çıxaracaq.
        Bu üsul ilə şirkət qlobal bazarın reaksiyasını yoxlayacaq və əldə ediləcək nəticələrə əsasən hansı miqyasda böyümək lazım olduğunu müəyyənləşdirəcək. Lakin şirkətin öz elektromobilini Çindən kənarda ilk olaraq hansı ölkələrdə satışa çıxaracağı barəsində məlumat verilməyib. Bununla yanaşı şirkət avtonom səyahət şöbəsinin Çin bazarı ilə əlaqəli olmayan bir neçə vəzifəsini formalaşdırıb. Bu vəzifələrdə çalışacaq şirkət əməkdaşları Çindən kənarda avtonom səyahət funksiyasının reallaşdırılmasından və onun normativ yoxlanışından cavabdeh olacaqlar.
    Paylaş