Logo
    main-post-cover

    Xiaomi şirkəti öz elektromobili vasitəsilə artıq demək olar yarım milyon dollar qazanıb

    Nəqliyyat
    21.12.2023
    Emil
              Xiaomi şirkəti hələ öz ilk elektromobilini təqdim etməyib. Lakin bununla belə şirkət onun vasitəsilə artıq demək olar yarım milyon dollar vəsait qazanıb. Belə ki, şirkət Çinin iki kütləvi informasiya vasitəsindən təzminat əldə etməlidir. Məsələ burasındadır ki, Xiaobai Car Buying ZAKER adlı kütləvi informasiya vasitələri Xiaomi elektromobilinin fotolarını zamanından öncə təqdim ediblər. Onların təqdim etmiş olduqları fotolarda yeni bir şey əks olunmayıb.
         Belə ki, elektromobil dəfələrlə Çinin avtomobil yollarında görülüb. Bununla belə Xiaomi kütləvi informasiya vasitələrini cəzalandırmaq qərarına gəlib. Şirkət bildirib ki, kütləvi informasiya vasitələri elektromobilin reklam videosunun çəkilişlərindən əldə edilmiş konfidensial fotoları paylaşıblar və bununla da onlar Xiaomi ilə olmuş sövdələşmənin şərtlərini pozublar. Nəticədə həmin kütləvi informasiya vasitələri şirkətdən üzr istəməli və ona 420 000$ həcmində təzminat ödəməlidirlər.
    Paylaş