Xiaomi SU7 adlı ilk elektromobilini təqdim edib
Nəqliyyat
28.12.2023
Emil Nəcəfov
Çində keçirilmiş xüsusi tədbir çərçivəsində Xiaomi şirkətinin CEO-su Lei Jun şirkətin SU7 adlı ilk elektromobilini təqdim edib. Lei Jun bildirib ki, elektromobilin adında olan SU hissəsinin açılışı Speed Ultra-dır. Elektromobil iki versiyada olacaq. adi versiya və Max adlı versiya. Elektromobil EV Modena adlı fərdi arxitekturaya sahibdir. Şirkət sözügedən arxitekturanı sıfırdan hazırlayıb. Bu arxitektura elektromobilə batareyanın rahat inteqrasiyasını mümkün edir, elektromobilin ümumi dözümlülüyünü artırır və onun salonunda maksimal dərəcədə geniş mühiti təmin edir.
Elektromobilin batareyası Xiaomi tərəfindən iki il ərzində hazırlanıb və bu proses çərçivəsində o, elektromobil batareyalarının hazırlanması sahəsində lider şirkət hesab edilən CATL ilə əməkdaşlıq edib. Xiaomi SU7-nin sahib olduğu batareyanın maksimal həcmi 101 kilovatt saat təşkil edir. Bununla yanaşı elektromobil 800 volt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Məlumata əsasən elektromobil 5 dəqiqə şarj olunandan sonra 220 km yol, 15 dəqiqə şarj olunandan sonra isə 510 km yol qətt edə bilir. Elektromobilin adi versiyası ümumilikdə 668 km, Max adlı versiyası isə 800 km yol qətt edə bilir. Xiaomi öz elektromobilində istifadə edilən HyperEngine adlı elektrikli mühərrikin 3 versiyasını hazırlayıb.
- HyperEngine V6: 299 at gücü, fırlanma anı 400 Nm (Nyuton metr), 400 voltluq gərginlik, mühərrik valının fırlanma tezliyi dəqiqədə 21 000 fırlanma
- HyperEngineV6s: 374 at gücü, fırlanma anı 500 Nm (Nyuton metr), 800 voltluq gərginlik, mühərrik valının fırlanma tezliyi dəqiqədə 21 000 fırlanma
- HyperEngine V8s: 578 at gücü, fırlanma anı 635 Nm (Nyuton metr), 800 voltluq gərginlik, mühərrik valının fırlanma tezliyi dəqiqədə 27 200 fırlanma.
Məlumata əsasən Xiaomi SU7-nin adi versiyası ön çəkim təkərlərinə və 299 at gücünə sahibdir. Adi versiya saatda 100 km sürəti 5.28 saniyəyə yığır. Onun maksimal sürəti isə saatda 210 km təşkil edir. Xiaomi SU7 Max isə özündə iki ədəd elektrikli mühərriki, həm arxa həm də ön çəkim təkərlərini və 673 at gücünü birləşdirir. O, saatda 100 km sürəti 2.78 saniyəyə, saatda 200 km sürəti isə 10.67 saniyəyə yığır. Xiaomi SU7 Max-ın maksimal sürəti saatda 265 km təşkil edir.
Elektromobilin daxili sistemi Snapdragon 8295 prosessoru və HyperOS əməliyyat sistemi vasitəsilə çalışır. Bununla belə elektromobil işə salınan zaman əməliyyat sistemi cəmi 1.5 saniyəyə yüklənir. Sükanın arxa hissəsindəki məlumatlar paneli rəqəmsaldır və o, 7.1 düym ölçülü ekran şəklində təqdim edilir. Salonun ön hissəsinin mərkəzində isə 3K keyfiyyətli 16.1 düym ölçülü sensorlu ekran yerləşir. Elektromobil üstəlik Dolby Atmos dəstəkli güclü audio sistemə sahibdir. Şirkət Xiaomi SU7-nin nə zaman və hansı qiymətə satışa çıxacağını açıqlamayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
POCO brendi POCO X6 smartfon seriyasının təqdimatına hazırlaşır
POCO brendi POCO X6 smartfon seriyasının təqdimatına hazırlaşır
Xiaomi-nin POCO brendi POCO X6 smartfon seriyasının təqdimatına hazırlaşır.
Xiaomi 14-ün qlobal versiyasının nə zaman təqdim olunacağı məlum olub
Xiaomi 14-ün qlobal versiyasının nə zaman təqdim olunacağı məlum olub
Xiaomi oktyabr ayının sonunda Xiaomi 14 smartfon seriyasını təqdim etmişdi.
RedmiBook 16 2024 noutbukunun sadələşdirilmiş versiyası təqdim edilib - QİYMƏTİ
RedmiBook 16 2024 noutbukunun sadələşdirilmiş versiyası təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin Redmi brendi keçən ayın sonunda Redmi K70 smartfonu ilə birlikdə RedmiBook 16 2024 noutbukunu təqdim etmişdi. Sözügedən noutbuk 13-cü nəsil Intel Core H prosessoru vasitəsilə çalışır.
Redmi Note 14 Pro+ smartfonu barəsində ilk məlumatlar verilib
Redmi Note 14 Pro+ smartfonu barəsində ilk məlumatlar verilib
Xiaomi-nin Redmi brendi hal-hazırda Redmi Note 13 smartfonlarının qlobal versiyalarının təqdimatlarına hazırlaşır.
Redmi Note 13 smartfonlarının qlobal versiyaları qutudan HyperOS-i əldə etməyəcəklər
Redmi Note 13 smartfonlarının qlobal versiyaları qutudan HyperOS-i əldə etməyəcəklər
Redmi Note 13 smartfon seriyasının qlobal versiyasının təqdimatı yaxınlaşdıqca onun barəsində daha çox məlumat ortaya çıxır.
Həftənin xəbərləri
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!