Logo
    main-post-cover

    Xiaomi SU7 barəsində yeni məlumatlar verilib

    Nəqliyyat
    11.01.2024
    Emil
         Xiaomi şirkəti özünün ilk elektromobili olan SU7 barəsində yeni məlumatlar verib. IThome saytına müsahibə verən zaman Xiaomi təmsilçisi bildirib ki, şirkət yaxın illər ərzində hibrid avtomobil və ya digər bir elektromobil istehsal etməyi planlaşdırmır. Şirkətin hal-hazırda əsas məqsədi SU7-ni ideal səviyyəyə qaldırmaqdır. Gələcəkdə isə SU7-nin daha performanslı versiyasının təqdim olunması istisna deyil. Qeyd etmək lazımdır ki, Xiaomi SU7-nin maksimal sürəti saatda 265 km təşkil edir və o, saatda 100 km sürəti 2.78 saniyəyə yığır.
         Məlumatda həmçinin qeyd edilib ki, elektromobil öz kameraları vasitəsilə 150 metr irəlini izləyəcək və daha komfortlu səyahət üçün öz asqısını yol şəraitinə əsasən ayarlayacaq. Elektromobilin daha bir özəlliyi də -30 dərəcə Selsi temperatur şəraitində işə düşəcək xüsusi istilik sistemidir. Bu cür şaxta havada elektromobil salonunun isinməsi üçün ikinci istilik elementi işə düşəcək. -15 dərəcə Selsi temperatur şəraitində isə salonun isinməsi üçün  bir istilik elementi kifayət edəcək. Fotodan da görmək olar ki, isti hava salona motor hissəsindəki peçdən və batareyaların isidilməsi sistemindən daxil olacaq. Qeyd etmək lazımdır ki, Xiaomi SU7-nin nə zaman və hansı qiymətə satışa çıxacağı hələ açıqlanmayıb.
    Paylaş