
Xiaomi SU7 elektromobili bir dəfə şarj olunandan sonra nə qədər yol qətt edə biləcək?
Nəqliyyat
12.12.2023
Emil
Çinin Sənaye Nazirliyindəki sənədlər Xiaomi-nin SU7 adlı ilk elektromobilinin bir dəfə şarj olunandan sonra nə qədər yol qətt edə biləcəyini ortaya çıxarıblar. Məlumatda qeyd edilib ki, elektromobilin 73.6 kilovatt saat və 101 kilovatt saat həcmli batareyalar ilə təchiz olunacaq versiyaları olacaq. Hər bir batareya öz yol qətt etmə göstəricisinə sahib olacaq. Məlumata əsasən 73.6 kilovatt saat həcmli batareyaya sahib model 628-668 km, 101 kilovatt saat həcmli batareyaya sahib model isə 750-800 km yol qətt edə biləcək. Bu göstəricilər rekord olmasalar da, elektromobilin qiymətini nəzərə almaq lazımdır. Xiaomi elektromobilinin digər analoqlardan daha ucuz qiymətə satılacağını nəzərə alsaq, onun bir dəfə şarj olunandan sonra bu qədər yol qətt etməsi yaxşı haldır.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
