main-post-cover

    Xiaomi SU7 elektromobilinin qiyməti barəsində məlumatlar verilib

    Nəqliyyat
    31.01.2024
    Emil Nəcəfov
         Keçən ay Xiaomi şirkəti öz ilk elektromobili olan Xiaomi SU7-ni təqdim etdi. Lakin təqdimat zamanı sözügedən elektromobilin hansı qiymətə satılacağı barəsində məlumat verilmədi. İndi isə internetdə bu məsələ ilə bağlı məlumat ortaya çıxıb. Beləliklə Çinin sığorta şirkətlərindən birinin vermiş olduğu məlumata əsasən Xiaomi SU7-nin standart versiyası təqribi olaraq 35 210$-a satılacaq.
         Elektromobilin daha premium versiyasının qiyməti isə təqribi olaraq 50 880$ təşkil edəcək. Bu məlumatların nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Xiaomi SU7-nin nə zaman satışa çıxacağı barəsində hələ rəsmi məlumat verilməsə də, bunun yaxın zamanda baş tutacağı gözlənilir. Xiaomi CEO-su Lei Jun hələ bir neçə müddət bundan öncə bildirmişdi ki, elektromobilin qiyməti satışlara az müddət qalmış elan ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 14 Ultra-nın vacib texniki imkanlarından biri açıqlanıb
    xiaomi-14-ultra-nin-vacib-texniki-imkanlarindan-biri-aciqlanib
    Qatlana bilən Xiaomi Mix Fold 4 smartfonu barəsində yeni təfərrüatlar təqdim edilib
    qatlana-bilen-xiaomi-mix-fold-4-smartfonu-baresinde-yeni-teferruatlar-teqdim-edilib
    POCO F4 GT gaming smartfonu HyperOS-i əldə etməyə başlayıb
    poco-f4-gt-gaming-smartfonu-hyperos-i-elde-etmeye-baslayib
    Xiaomi Pad 7 planşeti gözləniləndən daha böyük ölçülü ekranı əldə edə bilər
    xiaomi-pad-7-planseti-gozlenilenden-daha-boyuk-olculu-ekrani-elde-ede-biler
    Xiaomi 14 Ultra-nın ilk render fotoları təqdim edilib
    xiaomi-14-ultra-nin-ilk-render-fotolari-teqdim-edilib