Logo
    main-post-cover

    Xiaomi SU7 elektromobilinin satışlarına rəsmi şəkildə start verilib - QİYMƏTİ

    Nəqliyyat
    29.03.2024
    Emil
         Çində Xiaomi SU7 elektromobilinin satışlarına start verilib. Elektromobil bir neçə variantda satışa çıxıb və onu Xiaomi-nin Çindəki 29 şəhərində yerləşən 59 mağazasında ön sifariş etmək mümkündür. Hal-hazırda Xiaomi SU7-nin iki versiyası satışa çıxıb. Adi və Xiaomi SU7 Max. May ayının sonunda isə Xiaomi SU7 Pro modeli satışa çıxacaq. Beləliklə sözügedən elektromobillərin əsas göstəriciləri aşağıdakı kimidir.
         Xiaomi SU7: Arxa təkər çəkimi, 5.28 saniyəyə saatda 100 km sürət yığımı, maksimal sürət saatda 210 km, bir dəfə şarj olunandan sonra 700 km yol qətt etmə imkanı, 15 dəqiqəlik şarj prosesindən sonra 350 km yol qətt etmə imkanı və Xiaomi Pilot Pro avtopilot sistemi
         Xiaomi SU7 Pro: Arxa təkər çəkimi, 5.7 saniyəyə saatda 100 km sürət yığımı, maksimal sürət saatda 210 km, bir dəfə şarj olunandan sonra 830 km yol qətt etmə imkanı, 15 dəqiqəlik şarj prosesindən sonra 570 km yol qətt etmə imkanı və Xiaomi Pilot Max avtopilot sistemi.
         Xiaomi SU7 Max: Ön və arxa təkər çəkimi, 2.78 saniyəyə saatda 100 km sürət yığımı, maksimal sürət saatda 264 km, bir dəfə şarj olunandan sonra 800 km yol qətt etmə imkanı, 15 dəqiqəlik şarj prosesindən sonra 510 km yol qətt etmə imkanı və Xiaomi Pilot Max avtopilot sistemi
         Satış qiymətləri mövzusuna gəldikdə isə adi Xiaomi SU7 modeli 30 000$-a, SU7 Pro modeli 34 000$-a, SU7 Max modeli isə 41 000$-a satılır.
     
    Paylaş