main-post-cover

    Xiaomi SU7 elektromobilinin yeni gövdə rənglərində fotoları sızdırılıb

    Nəqliyyat
    04.03.2024
    Emil Nəcəfov
         Xiaomi şirkətinin SU7 adlı elektromobilini keçən ilin sonunda təqdim etməsinə baxmayaraq şirkət hələ də onun dəqiq şəkildə nə zaman satışa çıxacağını açıqlamayıb. Bununla belə şirkətin Pekindəki SU7 istehsalı ilə məşğul olan zavodundan yeni fotolar sızdırılıb. Sızdırılmış yeni fotolarda elektromobil yeni gövdə rənglərində əks olunub. Sızdırılmış fotolarda Xiaomi SU7 mavi-boz, əlvan narıncı və tünd bənövşəyi gövdə rənglərində əks olunub. Bu yeni gövdə rəngləri daha çox idman üslubu xarici görünüşə önəm verən alıcıları sevindirəcək. Qeyd etmək lazımdır ki, Xiaomi SU7-nin bu ilin ikinci rübündə satışa çıxacağı gözlənilir. Onun satış qiyməti barəsində hələ rəsmi bir məlumat verilməyib. Lakin elektromobilin 35 176$-dan 52 061$-a kimi satış qiymətinə sahib olacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Məşhur insayder Xiaomi Civi 4 smartfonu barəsində bəzi yeniu məlumatları təqdim edib
    meshur-insayder-xiaomi-civi-4-smartfonu-baresinde-be
    Xiaomi 15 ilə Xiaomi 15 Pro-nun kütləvi istehsalı sentyabr ayı üçün planlaşdırılır
    xiaomi-15-il
    Xiaomi 14 Ultra-nın müxtəlif komponentlərinin dəyişilməsi hansı qiymətə başa gələcək?
    xiaomi-14-ultra-nin-muxtelif-komponentlerinin-deyisilmesi-hansi-qiymete-basa-gelecek
    4 ədəd Redmi Note 11 smartfonu üçün HyperOS istifadəyə evrilib
    4-eded-redmi-note-11-smartfonu-ucun-hyperos-istifadeye-evrilib
    Qlobal bazarda HyperOS-i əldə edəcək Xiaomi cihazlarının yenilənmiş siyahısı təqdim edilib
    qlobal-bazarda-hyperos-i-elde-edecek-xiaomi-cihazlarinin-yenilenmis-siyahisi-teqdim-edilib