Xiaomi SU7-nin avtopilot sistemi sərgilənib (VİDEO)
Nəqliyyat
28.12.2023
Emil
Xiaomi şirkəti öz ilk elektromobili olan Xiaomi SU7-nin təqdimatı ilə birlikdə onun avtopilot sistemini də sərgiləyib. Elektromobilin sahib olduğu avtopilot sistemi Xiaomi Pilot adlanır. Təqdim edilmiş videoda Xiaomi SU7-nin çoxmərtəbəli parking yerində avtopilot sistemi vasitəsilə necə park olunduğunu görmək olar. Elektromobil fərdi şəkildə parking yerinin mərtəbələri arasında manevrlər edir, öz yolu önündə olan maneələrdən yan keçir və hətta digər avtomobillərə də yol verir. Xiaomi Pilot adlı avtopilot sistemi elektromobilin sahib olduğu yüksək keyfiyyətli kameralar, lidar, ultrasəs radarı və millimetrlik dalğalar radarı vasitəsilə əldə edilən məlumatlara əsaslanır. Bütün bu sensorlardan əldə edilən məlumatlar real zaman ərzində elektromobilin sistemi tərəfindən emal edilir.
Paylaş
Bənzər xəbərlər
Nəqliyyat
Xiaomi SU7 adlı ilk elektromobilini təqdim edib
Çində keçirilmiş xüsusi tədbir çərçivəsində Xiaomi şirkətinin CEO-su Lei Jun şirkətin SU7 adlı ilk elektromobilini təqdim edib.
Cihazlar+
POCO brendi POCO X6 smartfon seriyasının təqdimatına hazırlaşır
Xiaomi-nin POCO brendi POCO X6 smartfon seriyasının təqdimatına hazırlaşır.
Cihazlar+
Xiaomi 14-ün qlobal versiyasının nə zaman təqdim olunacağı məlum olub
Xiaomi oktyabr ayının sonunda Xiaomi 14 smartfon seriyasını təqdim etmişdi.
Cihazlar+
RedmiBook 16 2024 noutbukunun sadələşdirilmiş versiyası təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin Redmi brendi keçən ayın sonunda Redmi K70 smartfonu ilə birlikdə RedmiBook 16 2024 noutbukunu təqdim etmişdi. Sözügedən noutbuk 13-cü nəsil Intel Core H prosessoru vasitəsilə çalışır.
Cihazlar+
Redmi Note 14 Pro+ smartfonu barəsində ilk məlumatlar verilib
Xiaomi-nin Redmi brendi hal-hazırda Redmi Note 13 smartfonlarının qlobal versiyalarının təqdimatlarına hazırlaşır.
Ən çox oxunanlar