Logo
    main-post-cover

    Xiaomi SU7-nin istehsal prosesində insanlar demək olar iştirak etmirlər (VİDEO)

    Nəqliyyat
    02.04.2024
    Emil
         Xiaomi şirkəti öz ilk elektromobili olan SU7-nin Pekindəki yeni istehsalat zavodunda yığılması prosesini əks etdirən videonu təqdim edib. Qeyd etmək lazımdır ki, Xiaomi sözügedən elektromobilin istehsalını Çinin ən böyük avtomobil şirkətlərindən biri olan BAIC ilə birgə reallaşdırır. Şirkət tərəfindən təqdim edilmiş videoda elektromobilin yığılması prosesinin demək olar bütün əsas mərhələlərini görmək olar. Videodan belə qənaətə gəlmək olar ki, Xiaomi SU7-nin istehsal prosesi tamamilə avtomatlaşdırılıb və adi işçilər sadəcə olaraq monitorlar vasitəsilə istehsalat prosesinin vacib məqamlarına nəzarət edirlər. Elektromobil üçün nəzərdə tutulmuş detalların zavod daxilində daşınması ilə də pilotsuz robotlar məşğul olurlar. Qeyd etmək lazımdır ki, Xiaomi SU7-nin Çində satışlarına artıq start verilib.
    Paylaş