
Xiaomi SU7-nin qar şəraitində səyahət testi sərgilənib (VİDEO)
Nəqliyyat
29.01.2024
Emil
Xiaomi şirkətinin CEO-su Lei Jun Çinin Weibo adlı sosial şəbəkəsində Xiaomi SU7 elektromobilinin qış testlərinə dair videonu təqdim edib. Təqdim edilmiş videoda Xiaomi SU7-nin qar şəraitində necə idarə olunduğu sərgilənib. Bununla yanaşı videoda elektromobilin sahib olduğu aktiv spoylerin necə çalışdığını görmək olar. Qeyd etmək lazımdır ki, Xiaomi SU7-nin nə zaman və hansı qiymətə satışa çıxacağı hələ rəsmi şəkildə açıqlanmayıb.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
