main-post-cover

    Xiaomi SU7-nin qlobal bazarda satışa çıxma ehtimalı var

    Nəqliyyat
    31.07.2024
    Emil Nəcəfov
         Xiaomi şirkətinin CEO-su Lei Jun hal-hazırda Fransada keçirilən Olimpiya oyunları 2024-ə baş çəkib və orda şirkət pərəstişkarları ilə yaxından ünsiyyətdə olub. Şirkət pərəstişkarları tərəfindən Lei Jun-a müxtəlif suallar verilib və verilmiş suallardan biri Xiaomi elektromobilinin Çindən kənarda satılıb-satılmayacağı ilə bağlı olub. Lei Jun-un sözlərinə əsasən şirkət avtomobil sahəsi barəsində çox iddialı planlara sahibdir. Lei Jun-dan Xiaomi SU7 elektromobilinin 2030-cu ilə kimi Fransada satışa çıxıb-çıxmayacağı soruşulub.
         Lei Jun öz növbəsində konkret müddət səsləndirməsə də, Xiaomi SU7-nin və şirkətin gələcək elektromobillərinin qlobal bazarda satışa çıxma ehtimalı mövcuddur. “Bizim əsas məqsədimiz dünyanın ən yaxşı top 5 siyahısına daxil olmaqdır. Bu səbəbdən də doğru zamanın gəldiyi anda biz mütləq şəkildə dünya səviyyəsinə çıxacağıq” - deyə Lei Jun qeyd edib. Qeyd etmək lazımdır ki, Xiaomi hal-hazırda yalnız bir elektromobilə sahibdir. Söhbət, SU7-dən gedir. Bununla belə şirkət onun bir neçə versiyasını istehsal edir və bir neçə müddət bundan öncə onun SU7 Ultra adlı idman versiyasını təqdim etmişdi. Son məlumat sızıntılarına əsasən Xiaomi hal-hazırda növbəti elektromobili üzərində çalışır və o, şirkətin ilk krossoveri olmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimatdan 1 gün öncə POCO M6 Plus 5G-in bəzi texniki imkanları təsdiqlənib
    teqdimatdan-1-gun-once-poco-m6-plus-5g-in-bezi-texniki-imkanlari-tesdiqlenib
    Xiaomi Smart Band 9 qlobal bazarda satışa çıxmağa hazırlaşır
    xiaomi-smart-band-9-qlobal-bazarda-satisa-cixmaga-hazirlasir
    Büdcəli Redmi Pad SE 4G planşeti təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-pad-se-4g-planseti-teqdim-edilib-qiymeti
    Xiaomi daha 11 smartfonunun dəstəyini rəsmi şəkildə dayandırıb
    xiaomi-daha-11-smartfonunun-desteyini-resmi-sekilde-dayandirib
    İnsayderlər Xiaomi 15 Ultra barəsində yeni məlumatlar veriblər
    insayderler-xiaomi-15-ultra-baresinde-yeni-melumatlar-veribler