Logo
    main-post-cover

    Xiaomi SU7 Ultra-nın kütləvi istehsalata hazırlaşan versiyası təqdim edilib - QİYMƏTİ

    Nəqliyyat
    30.10.2024
    Emil
         Xiaomi şirkəti iyul ayında özünün SU7 elektromobilinin idman versiyası olan SU7 Ultra-nı təqdim etmişdi. Lakin həmin vaxtda sözügedən elektromobil sadəcə prototip versiyada idi. Lakin indi şirkət Xiaomi SU7 Ultra-nın kütləvi istehsalata hazırlaşan versiyasını təqdim edib. Dizayn olaraq SU7 Ultra-nı adi SU7-dən fərqləndirən əsas özəlliklər idman tərzində olan bamperlər, arxa hissədə yerləşən 1560 mm enə sahib spoyler və daha enli gövdədir. Xiaomi SU7 Ultra-nın uzunluğu 5115 mm, eni 1970 mm, hündürlüyü isə 1465 mm təşkil edir. Elektromobil 21 düym ölçülü Pirelli P Zero 5 təkərlərinə sahibdir.
         Elektromobil 1500 at gücündə olan mühərrik ilə təchiz olunub. O, saatda 100 km sürəti 1.98 saniyəyə yığa bilir. Elektromobilin maksimal sürəti isə saatda 350 km təşkil edir. Xiaomi SU7 Ultra-nın batareya həcmi 93.7 kilovat-saat təşkil edir və o, sürətli şarj texnologiyasının dəstəyinə sahibdir. Şirkət bildirib ki, elektromobil 10%-dən 80%-ə qədər enerjini 11 dəqiqə ərzində yığır. Xiaomi öz idman elektromobilini Porsche Taycan-ın daha aşağı qiymətli alternativi kimi qələmə verir. Xiaomi SU7 Ultra-nın satışlarına gələn ilin mart ayında start veriləcək. Onun qiyməti isə 114 200$ təşkil edəcək. Görünür, bu elektromobilə olduqca böyük tələbat olacaq. Belə ki, təqdimatdan 10 dəqiqə sonra Xiaomi SU7 Ultra-nın əldə edilməsi üçün artıq 3680 sifariş verilib.
    Paylaş