
Xiaomi SU7 Ultra-nın nə zaman satışa çıxacağı rəsmi şəkildə açıqlanıb
Nəqliyyat
25.07.2024
Emil
Xiaomi keçən həftə SU7 elektromobilinin idman versiyası olan SU7 Ultra-nı təqdim etdi. İndi isə bu idman elektromobilinin nə zaman satışa çıxacağı rəsmi şəkildə məlum olub. Bundan əlavə olaraq məlum olub ki, Xiaomi SU7 Ultra-nın final versiyası bir qədər fərqli komplektasiyada satılacaq. Beləliklə rəsmi şəkildə məlumat verilib ki, sözügedən elektromobil 2025-ci ilin birinci yarısında satışa çıxacaq. Xiaomi CEO-su Lei Jun bildirib ki, Xiaomi SU7 Ultra-nın satışa çıxacaq versiyası karbon kuzova sahib olmayacaq. Bu isə elektromobilin daha ucuz qiymətə satılması üçün edilib. Xiaomi SU7 Ultra-nın hansı qiymətə satılacağı barəsində hələ heç bir məlumat yoxdur. Lakin aydın məsələdir ki, onun qiyməti adi SU7-dən bir qədər yüksək olacaq. Təsdiq olunmamış məlumata əsasən elektromobilin qiyməti 45 000$-dan start götürəcək.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Xiaomi 14T Pro-nun kameraları barəsində məlumatlar ortaya çıxıb
Xiaomi şirkəti aktiv şəkildə Xiaomi 14T smartfon seriyasının təqdimatına hazırlaşır.

Cihazlar+
Xiaomi MIX Flip-in qlobal versiyasının hansı qiymətə satılacağı məlum olub
Xiaomi keçən həftə Çində Xiaomi MIX Flip smartfonunu təqdim etdi.

Cihazlar+
Təqdimata az müddət qalmış Redmi Pad SE 4G-nin keyfiyyətli fotoları ortaya çıxıb
Xiaomi-nin Redmi brendi 29 iyul tarixində Redmi Pad SE 4G planşetini təqdim edəcək. Təqdimata az müddət qalmış internetdə bu planşetin keyfiyyətli render fotoları və texniki imkanları ortaya çıxıblar.

Cihazlar+
Xiaomi MIX Flip qlobal bazarda da satışa çıxacaq
Xiaomi şirkəti keçən həftə Çində ilk qatlana bilən qapaqlı smartfonu MIX Flip-i təqdim etdi.

Cihazlar+
Xiaomi 15 Pro qlobal bazarda satılmaya bilər
Xiaomi keçən il Çində Xiaomi 14 və Xiaomi 14 Pro smartfonlarını, bu ilin əvvəlində isə qlobal bazarda Xiaomi 14-ün qlobal versiyası ilə Xiaomi 14 Ultra-nı təqdim etdi.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
