Logo
    main-post-cover

    Xiaomi YU7 elektrikli krossoveri rəsmi şəkildə sərgilənib

    Nəqliyyat
    10.12.2024
    Emil
         Bu ilin mart ayında Xiaomi-nin SU7 adlı elektrikli sedanı satışa çıxdı. Şirkət bu elektromobili hələ təqdim etməmişdən öncə ortaya çıxmış müxtəlif məlumatlarda qeyd edilirdi ki, onun ikinci elektromobili krossover olacaq. Belə də oldu. Belə ki, Xiaomi öz ikinci elektromobili ilə bağlı müvafiq sənədləri Çinin tənzimləyici orqanlarında qeydiyyatdan keçirib. Bunun sayəsində elektrikli krossoverin xarici görünüşü və bəzi texniki imkanları ortaya çıxıb. Beləliklə məlumatda qeyd edilib ki, Xiaomi-nin ikinci elektromobili YU7 adlanacaq.
         İlk rəsmi fotolara əsasən söyləmək olar ki, YU7 dizayn baxımından SU7 ilə doğmalığa sahibdir. Məlumatda qeyd edilib ki, YU7-nin uzunluğu 4999 mm, eni 1996 mm, hündürlüyü isə 1600 mm təşkil edir. Elektromobilin çəkisi 2405 kq-dır və onun maksimal sürəti saatda 253 km təşkil edir. Məlumatlarda YU7-nin batareya həcmi qeyd edilməyib. Lakin məlumdur ki, onun üçün nəzərdə tutulmuş batareyaların istehsalı ilə CATL şirkəti məşğul olacaq. Elektromobil özündə iki ədəd elektrikli mühərriki birləşdirəcək. Onlardan biri 299 at gücünə, digəri isə 392 at gücünə sahib olacaq. Xiaomi YU7 barəsində olan məlumatlar hələki bunlardır. Elektromobil gələn ilin yay fəslində təqdim olunmalıdır.
    Paylaş