Logo
    main-post-cover

    Xiaomi YU7 elektrikli krossoverinin real fotoları ortaya çıxıb

    Nəqliyyat
    20.12.2024
    Emil
         Xiaomi şirkəti bir neçə müddət bundan öncə YU7 adlı elektrikli krossoveri anons etməklə hamını təəccübləndirdi. Şirkət bu elektromobilini artıq sirr olaraq saxlamır. Belə ki, elektromobil Çinin avtomobil yollarında səyahət edərək testlərdən keçir. Məhz bunun sayəsində Xiaomi YU7-nin real fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolardan da görmək olar ki, Xiaomi YU7 elektrikli krossoveri xarici görünüşcə Ferrari Purosangue avtomobilini xatırladır. Qeyd etmək lazımdır ki, Xiaomi YU7-nin təqdimatı gələn ilin yay fəslinə gözlənilir. Şirkət artıq rəsmi şəkildə bildirib ki, bu elektromobilin uzunluğu 4999 mm, eni 1996 mm, hündürlüyü isə 1600 mm təşkil edir. Elektromobilin çəkisi 2405 kq-dır və onun maksimal sürəti saatda 253 km təşkil edir.
    Paylaş