Logo
    main-post-cover

    Zoox robotaksiləri kommersiya icazəsi aldı

        Amazon-a məxsus Zoox sükan və pedalsız robotaksi ilə ödənişli sərnişindaşıma xidməti göstərmək üçün ABŞ-də tənzimləyici icazə alan ilk şirkət olub. ABŞ Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi Administrasiyası (NHTSA) Zoox-a ənənəvi idarəetmə vasitələri sükan və pedallar olmadan hazırlanan avtonom avtomobillərlə kommersiya fəaliyyəti göstərməyə müvəqqəti icazə verib. İcazə Zoox-a növbəti iki il ərzində ildə maksimum 2500 belə robotaksini kommersiya məqsədilə istifadəyə verməyə imkan yaradır. Şirkətin fəaliyyəti bu müddətdə NHTSA-nın gücləndirilmiş nəzarəti altında olacaq.
    A robotaxi on the street.
        Zoox-un robotaksiləri adi avtomobillərdən xeyli fərqlənir. Avtomobildə sürücü üçün ayrıca yer, sükan və pedal yoxdur. Sərnişinlər bir-birinə qarşı yerləşdirilmiş oturacaqlarda əyləşirlər və avtomobil tamamilə avtonom idarə olunur. Şirkət hazırda Nevada və Kaliforniyada müvafiq qurumlarla ödənişli xidmətə başlamaq üçün çalışır. İlk ödənişli səfərlərin gələn ay Las-Veqasda istifadəyə verilməsi planlaşdırılır. Zoox artıq San-Fransiskoda da sərnişin daşıyır, lakin burada ödənişli xidmətin nə vaxt başlayacağı açıqlanmayıb.
    Paylaş