
Agent 47 geri qayıdır: Hitman 2 oyunu rəsmi şəkildə anons olundu (VİDEO)
Oyun və Film
07.06.2018
Emil
Warner Bros. şirkəti IO Interactive studiyası ilə birlikdə rəsmi
olaraq Hitman 2 oyununu anons etdi. 2016-cı ildə satışa çıxmış Hitman oyunundan
fərqli olaraq yeni oyun epizodik formatda satışa çıxmayacaq. Əgər
yadınızdadırsa həmin Hitman oyununun hər bir yeni epizodunu oyunçu almaq məcburiyyətində
qalırdı. Yeni oyunda isə studiya bu cür formatdan imtina edib. Bu isə o deməkdir
ki, oyunu alacaq oyunçular onu tam versiyada əldə edəcəklər. Süjet xətti cəhətdən
ikinci oyunu birinci oyunun davamıdır. Oyunçular Agent 47 ilə birlikdə daha çox
ekzotik yerlərə səyahət edərək yüzlərlə insanı sifariş ilə qətlə yetirməli olacaqlar. Hitman
2 bu ilin Noyabr ayında PC, PS4 və Xbox One konsolları üçün satışa çıxacaq.
Oyun haqqında əlavə məlumatlar isə E3 2018 oyun sərgisində veriləcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
