
'Amazon' şirkəti 'The Lord of the Rings' əsəri əsasında televiziya serialı anons etdi
Oyun və Film
13.11.2017
Emil
“Amazon” şirkəti yazıçı J.R.R. Tolkien-in mirasını nəzarətdə saxlayan fond ilə irimiqyaslı müqavilə bağladı.
Həmin müqavilənin nəticəsində “The
Lord of the Rings” əsərində yazıçı tərəfindən bəhs edilmiş əhvalatlar əsasında
televiziya serialı hazırlanacaq. Əvvəlki məlumatlara əsasən bu müqavilənin
bağlanması 250 milyon dollar dəyərində qiymətləndirilirdi. Yekun olaraq “Amazon”
şirkətinin bu müqavilə üçün nə qədər vəsait ödədiyi məlum deyil.
Güman olunur
ki, ilk televiziya serialındakı hadisələr “The Lord of the Rings: The Fellowship of the Ring” filmindəki
hadisələrdən öncə cərəyan edəcək. Təbii ki, televiziya serialında kimlərin rol
alacağı və potensial rejissorların adları hələ çəkilməyib.
“Biz çox şadıq ki, klassik ədəbiyyata sadiqliyi ilə seçilən Amazon şirkəti, çoxlu sezona sahib olacaq “The Lord of the Rings” serialının yeni evi oldu. J.R.R. Tolkien tərəfindən yaradılmış, lakin hələ də söylənməmiş hekayələrin televiziya ekranına köçürülməsi üçün Amazon Studios bir çox ideyalara sahibdir” – deyə Tolkien Estate fondu bildirib.
Bu layihənin işlərinə nə zaman start veriləcəyi hələki bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
