
Assassin's Creed Odyssey rəsmi olaraq anons olundu (VİDEO)
Oyun və Film
01.06.2018
Emil
Dünən bir neçə məlumat
sızıntısından sonra Ubisoft şirkəti yeni Assassin’s Creed oyununu anons etdi.
Yeni oyun Assassin’s Creed Odyssey adlanır. Təqdim olunmuş ilk kadrlardan belə
qənaətə gəlmək olar ki, yeni oyunda hadisələr Qədim Yunanıstanda cərəyan edəcək.
Rəsmi mənbələrdən olan bütün məlumatlar hələki bunlardan ibarətdir. Oyunun
trailerinin tam versiyası və əlavə məlumatlar 11 İyun tarixində Ubisoft şirkətinin
E3 2018 oyun sərgisi çərçivəsində keçirdəcəyi konfransında təqdim olunacaq.
Kotaku saytının verdiyi məlumatlara inansaq yeni oyun daha çox RPG
(Role-Playing-Games) elementləri təqdim edəcək. Belə ki, oyunda dialoqlar
sistemi olacaq və oyunçu öncədən singleplayer rejimi kişi və ya qadın
obrazında oynamağı seçə biləcək. Beləliklə E3 2018-dəki Ubisoft-un konfransını
səbrsizliklə gözləyirik.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
