'Avengers 4' öncəsi qarşıdurma: 'Captain Marvel' filminin ilk traileri yayımlandı

TEXNOLOGİYA


18.09.2018 0 PAYLAŞIM 4557 OXUNMA


    Günlərin birində adi hərbi pilot vəzifəsində çalışan Carol Danvers-in DNT-ləri yadplanetli sivilizasiya olan Kri-nin DNT-ləri ilə birləşir. Nəticədə Carol qeyri-adi güclərə sahib olur. Bundan sonra o, Kri sivilizasiyasının xüsusi təyinatına qoşulur və kainatın keşiyində durur. Lakin Skrull sivilizasiyasının Yer kürəsinə hücum etməsi səbəbilə Carol doğma planetə qayıtmalı olur. Rejissorları Anna Boden ilə Ryan Fleck-in olduqları filmdə baş rolları Brie Larson, Jude Law, Samuel L. Jackson, Ben Mendelsohn və digərləri canlandırıblar. Captain Marvelfilminin premyerası gələn ilin Mart ayında baş tutacaq.