
'Bethesda' şirkəti, The Evil Within 2 və Wolfenstein II: The New Colossus-u anons etdi (VIDEO)
Oyun və Film
12.06.2017
Emil
Bir neçə saat bundan öncə “Bethesda”
şirkəti, E3 2017 oyun sərgisi çərçivəsində öz press-konfransını keçirtdi. Bir
çox oyunçuların böyük gözləntilərinə baxmayaraq bu konfrans cəmi 40 dəqiqə çəkdi
və yalnız 2 yeni oyun anons olundu. Anons olunmuş 2 oyun isə əslində çoxdan məlum
olan oyunlar idi. Bir söznən “Bethesda” şirkəti bu il sürpriz göstərmədən
özünün ən maraqsız konfransını keçirtdi. İndi isə gəlin sizləri həmin 2 yeni oyun
ilə tanış edək.
The Evil Within 2:
Öz konfransında şirkət çoxdan gözlənilən
The Evil Within 2 oyununu
anons etdi. Yeni oyunu da bu dəfə Shinji Mikami-nin komandası hazırlayır.
Oyunçular yenidən, birinci oyundakı baş personajın rolunda çıxış edərək dəhşətli
dünyaya yollanmalı və baş personajın qızını xilas etməli olacaqlar. Oyunçular hər
dəqiqə qorxu hissində qalmalı olacaqlar. Oyunakı ləvazimatlar məhdud sayda
olacaq. Oyunçular istədikləri halda oyunu stealth rejimində və ya düşmənlərə
qarşı açıq şəkildə oynaya biləcəklər. The Evil Within 2 bu ilin Oktyabr ayında PC, PS4 və Xbox One üçün
satışa çıxacaq.
Wolfenstein II: The New Colossus:
“Bethesda” şirkəti, MachineGames studiyası ilə birlikdə öz konfransında çoxdan gözlənilən
Wolfenstein II: The New
Colossus oyununu anons edib. Oyunçular yenidən faşistlər tərəfindən
işğal olunmuş Amerikaya qayıdaraq onu faşistlərin əlindən qurtarmalı olacaqlar.
Wolfenstein II: The New Colossus oyunu bu ilin Oktaybr ayında PC, PS4 və Xbox
One üçün satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
