'Bethesda' şirkəti, The Evil Within 2 və Wolfenstein II: The New Colossus-u anons etdi (VIDEO)

'Bethesda' şirkəti, The Evil Within 2 və Wolfenstein II: The New Colossus-u anons etdi (VIDEO)

Oyun və Film
12.06.2017 PAYLAŞIM

Bir neçə saat bundan öncə “Bethesda” şirkəti, E3 2017 oyun sərgisi çərçivəsində öz press-konfransını keçirtdi. Bir çox oyunçuların böyük gözləntilərinə baxmayaraq bu konfrans cəmi 40 dəqiqə çəkdi və yalnız 2 yeni oyun anons olundu. Anons olunmuş 2 oyun isə əslində çoxdan məlum olan oyunlar idi. Bir söznən “Bethesda” şirkəti bu il sürpriz göstərmədən özünün ən maraqsız konfransını keçirtdi. İndi isə gəlin sizləri həmin 2 yeni oyun ilə tanış edək.

The Evil Within 2:


Öz konfransında şirkət çoxdan gözlənilən The Evil Within 2 oyununu anons etdi. Yeni oyunu da bu dəfə Shinji Mikami-nin komandası hazırlayır. Oyunçular yenidən, birinci oyundakı baş personajın rolunda çıxış edərək dəhşətli dünyaya yollanmalı və baş personajın qızını xilas etməli olacaqlar. Oyunçular hər dəqiqə qorxu hissində qalmalı olacaqlar. Oyunakı ləvazimatlar məhdud sayda olacaq. Oyunçular istədikləri halda oyunu stealth rejimində və ya düşmənlərə qarşı açıq şəkildə oynaya biləcəklər. The Evil Within 2 bu ilin Oktyabr ayında PC, PS4 və Xbox One üçün satışa çıxacaq.

Wolfenstein II: The New Colossus:

“Bethesda” şirkəti, MachineGames studiyası ilə birlikdə öz konfransında çoxdan gözlənilən Wolfenstein II: The New Colossus oyununu anons edib. Oyunçular yenidən faşistlər tərəfindən işğal olunmuş Amerikaya qayıdaraq onu faşistlərin əlindən qurtarmalı olacaqlar. Wolfenstein II: The New Colossus oyunu bu ilin Oktaybr ayında PC, PS4 və Xbox One üçün satışa çıxacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


10 yaşı tamam olan əfsanə oyun Point Blank artıq Azərbaycan dilini dəstəkləyir..

10 yaşı tamam olan MMOFPS oyunu Point Blank artıq Azərbaycan dilini də tam dəstək verir.


Amazon'un The Boys serialının 2'ci sezonu ilə bağlı bilinən məlumatlar

Amazon tərəfindən istehsal edilən The Boys serialı izləyicilər tərəfindən müsbət rəylər almışdı. İlk..


Spider-Man Far From Home filminin ilk traileri

Spider-Man Far From Home filminin hadisələri Avengers: End Game filminin hadisələrindən sonra cərəya..


Game of Thrones serialının final sezonunun çıxış tarixi elan edildi (VİDEO)..

HBO telekanalı məşhur Game of Thrones serialının final sezonunun təqdimat tarixini açıqladı...


'X-Men: Dark Phoenix' filminin ilk traileri yayımlandı

Jean Grey bütün dünyanı məhv edəcək gücə sahib olaraq Dark Phoenix-ə çevrilir.


Optimus Prime yeni formatda: 'Bumblebee' filminin yeni traileri

1987-ci il. Təqiblərdən gizlənən Bumblebee Kaliforniya şatının hansısa şəhərinin avtomobil zibilliyi..

×