
10 seriyalıq birinci sezonu ilə izləyicilərinə 10 illik bir təcrübə yaşadan və qısa zaman ərzində populyarlıq qazanan Westworld serialı bir neçə saat əvvəl Super Bowl -da ikinci sezonun trailerini rəsmi olaraq təqdim edib. Jonathan Nolan və Lisa Joy -un ərsəyə gətirdiyi bu möhtəşəm ekran işi 22 Aprel tarixindən etibarən yenidən yayımlanacaq. Əlavə olaraq qeyd edək ki, Westworld, seriyalları ilə məşhur HBO -ya məxsusdur. Çox danışmadan sizə traileri təqdim edirik. Fikirlərinizi bölüşməyi unutmayın.
Şərh yoxdur