
'Black Panther' filminin ilk teaser traileri
Oyun və Film
09.06.2017
Emil
İlk baxışdan Vakanda adlı ölkə, Afrikanın sıradan bir yeridir. Lakin bu belə deyil. Sıradan bir yer kimi görünən Vakandanın dərinliklərində əslində çox dəyərli metalın yataqları var. O metal hansı ki, istənilən vibrasiyanı udur. Uzun illər ərzində bir çoxları həmin metal yataqlarına çatmaq istəyib. Lakin buna nail ola bilməyiblər. Uzun illərdən sonra Vakandanı yeni təhlükə gözləyir. Bu dəfə düşmən, yeni texnologiyalar vasitəsilə hücuma keçməyə hazırlaşır. Lakin Vakandanın gənc şahzadəsi T’Challa bu dəfə Vakandanın keşiyində durmalıdır.Rejissoru Ryan Coogler-in olduğu filmdə baş rolları Chadwick Boseman, Michael B. Jordan, Lupita Nyong’o, Martin Freeman, Andy Serkis, Forest Whitaker və digərləri canlandırıblar. “Black Panther” filminin premyerası gələn ilin Fevral ayında baş tutacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
