main-post-cover

    Bu mövsüm izlənilməli ən güclü Dota komandaları

    24.11.2017
    Farid Pardashunas
    Əksər komandalar qarşıdakı mövsüm üçün öz heyətlərini elan ediblər və çoxlu mövqe və dəyişikliklər olub, bəs kağız üzərində ən yaxşı görünən kimdir?
        Bu ilki “The İnternational”-ın son anlarındakı “yaxşı oyun” adlandırılan yeni iştirakçı kimi, Dota 2 heyət karuseli artıq fırlanmaqda idi.
        Bir çoxları üçün gərgin görünən bir vaxtda liderlikdəki iki komanda heyət dəyişiklikləindən yayınır, lakin Tİ-dən bir neçə saat sonra, nə vaxt ki bir çox oyunçular dincəlmək istəyirlər və gərgin mövsümdən sonra layiq olduqları məzuniyyəti götürmək istəyirlər, reallıq ondadır ki, bir çox komandalar yeni mövsüm üçün heyət formalaşdırır.
        Elanlar insanı heyrətə gətirir, lakin qarşıdan gələn mövsümdə kimlərin əməkdaşlıqlar qurması barədə pıçıldaşmalar daim peyda olur. Bu ilki 11 əsas və 11 ikinci dərəcəli komanda olmaqla, Dota 2 yarış səhnəsində böyük dəyişikliklər var. Əsas heyətdəki 16-lıqdan kənarda qalanlar üçün irəli getmək çətin olsa da, yeni sistem yeni gələn komandaları professionallar siyahısına qoşulmağı həvəsləndirməlidir.
         Çoxlu qarmaqarışıqlıqlar olsa da, biz yeni mövsümün əvvəlində görmək istədiyimiz dörd komandanı seçdik.
    Immortals
        Los Ancelesdə yerləşən eSports təşkilatı çoxlu titullara malik bir nəhəngdir. Overwatch Liqasında əldə etdiyi yerlə, uğurlu Counter-Strike heyəti ilə və Dünya Çempionatına vəsiqə qazanmış League of Legends komandası ilə birlikdə İmmortals komandasının eSportsun qarşısıalınmaz qüvvəsi olduğunu deyə bilərik.
        Bu təşkilat Dotaya parlaq şəkildə daxil oldu. Son həftələrdə icma onu öyrəndi ki, bir vaxtlar məşhur olan MVP.Phoenix yenidən bir araya gəlir. Keçən mövsüm yeni cəhdlər göstərdikdən sonra bu koreyalı komanda yenidən birlikdədir. Bir vaxtlar hədsiz aqressiv oyun tərzi ilə məşhur olan bu komanda İmmortals bayrağı altında yenidən birləşir. Maraqlıdır ki, beş oyunçunun hamısı Şimali Amerikada qalıb. Onlar rəqabətin daha da güclü olduğu regionda başqa bir komandadırlar. Əgər komanda keçmiş halına qayıda bilsə, onlar bu yarışda mütləq ən yaxşılardan və ən maraqlı komandalardan biri ola bilərlər.
    The Dire
        Evil Geniuses şirkətinin baş icraçı direktoru olan Peter Dager öz vəzifəsindən gedən zaman aydın idi ki, o yenə yarışmaq istəyir. Beynəlxalq titullara malik kapitan birinci və öncül qızğın oyunçudur. O, bu ilki yarışa analizçi kimi qoşulsa da, onun paneldəki görüntüsündən onun yenidən oynamaq istəyini görmək çətin deyildir.
         Dager digər komandaları hiyləgərliklə və ustalıqla məğıub etmək qabiliyyətinə görə fəxr edirdir, lakin indiki yarışda o qədər fərqliliklər var ki, bu onun çox da işinə yaramaya bilər. Onun müttəfiqləri offleyn rollarına keçən Ludviq Vehlberq kimi oyunçular və həmçinin iki nəfər Tİ kolleqalarıdır. Kvin “CCnC” Kallahan və Per “Pajkatt” Olsson Lill istedadla dolu heyətdə Danger və Rasmus Filipsenə qoşulurlar.
         Bu komandada çox böyük eqonun və bir neçə liderin olmasını deməliyik, beləliklə onların uğuru son nəticədə komanda dinamik şəkildə necə işləməsindən asılı olacaq. Oyunçularının üçü əvvəllər komanda kapitanı olduğundan düzgün balansı tapmaq çətin ola bilər. Amma onlar buna nail olsalar, bu komanda mütləq ən güclülərdən biri olacaq.
    OG
        Rekord qırmış, əsas titullara malik komanda qarşıdan gələn mövsüm üçün yenidən ehtiyatlı düzəlişlər edir. Gənc avstraliyalı oyunçu Anathan “ana” Fam bu mövsümdə istirahət edəcək. Adətən biz Tal “Flay” Ayzikin haradansa yeni oyunçu tapmasını və onları dünya səviyyəli oyunçuya çevirməsini gözləyirdik, lakin bu dəfə biz fərqli yanaşmanın şahidi olduq.
         Roman “Resolut1on” Fominok yeni beyin oyunçusudur və ondakı həyəcan ən yüksək səviyyədədir. O, Dota cəmiyyətində hamıya tanışdır. Baxmayaraq ki, o bu dəfə Planet Odd ilə birlikdə The İnternational yarışına vəsiqə qazana bilmədi, amma o rus kanalında aparıcı kimi işləməyə davam etdi. Amma Empire komandasındakı pasport problemlərinə görə onu ən son anda tarixdəki ən böyük eSports yarışmasında adını iştirakçı siyahısına saldılar. O, Empire ilk səkkizliyə doğru yüksələrkən Evil Geniuses-in həvəskarlarını sevindirməyə və 600.000 dollardan çox mükafatı qazanmağa kömək etdi. O qlobal arenada öz istetadını yenidən göstərdi və OG fanatları onun iştirakını qarşıdakı aylarda yenidən görmək üçün səbrsizliklə gözləyəcəklər.
    Saksa stack
        Bu komanda üçün hələ ki, heç bir ad düşünülmədiyi üçün, heyətdə ən yaxşı və parlayan istedadlar olduğu üçün bu komanda kağız üzərində parlaq görünür. Münsiflər Mihai “cancel” Antonio üçün hazır olsa da, bu gənc rumının istedadlı olmasına şübhə edən çox azdır. O orta zolağı 16 yaşı Perulu Enzo “Timado” Gianoli ilə birlikdə tutacaq, eyni zamanda Planet Odd məzunu Martin “Saksa” Sazdov da həmçinin adsız komandanın heyətindədir.
        Maraqlıdır ki, biz ulduz virtouz Omar ‘w33’ Alivinin böyük oyununu görəcəyik, o özünün məşhur olduğu orta zolaqdan dəstək roluna keçəcək. İndiyə kimi dünyanın ən yaxşıları uğurlu keçidlər həyata keçiriblər, ona görə də onun üzərində böyük təzyiq var. Bu komanda Mauris “Khezzu” Qutmann tərəfindən onun əvvəlki Secret komandasında iştirakından sonra dairəyə alınıb. Heç kim bu komandadan nə gözlədiyindən əmin olmadığı halda, onlar hətta yarışdakı ən yaxşı komandaları belə uğursuzluğa düçar edə bilərlər. W33-ün orta zolaqdan dəstək roluna keçidinin xeyir gətirib-gətirməyəcəyini ancaq zaman göstərəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər