main-post-cover

    Call of Duty: Black Ops 4 sistem ehtiyacları bəlli oldu

    Digər
    Oyun və Film
    25.03.2018
    Orxan Oguz
    Populyar tarixi mövzuları hədəfə alan oyun seriyalarından biri olan Call of Duty hər bölümü ilə ən çox satılanlar siyahısına girməyi bacarıb. Əsasən, əlimizə silah götürərək dünyanı xilas etdiyimiz bu bölümlərdə fərqli məkan və zaman ölçülərində baş verən hadisələr izah olunur.
       Bir çox bölümü populyar olan oyun ən çox satılanlar siyahısında ilk yerdə qərarlaşır. Belə görürük ki, seriyanın ən yeni halqası Call of Duty: Black Ops 4 də bu siyahıda yerləşəcək və PC tarixinin ən çox satılan oyunlarından biri olacaq. Call of Duty: Black Ops 4 12 oktyabr 2018-ci ildə PC Xbox One və Sony Playstation üçün bazara çıxarılacaq. İstehsalçı firmanın açıqlamasına görə Black Ops 3 və Black Ops 4-ün çıxışı arasında 4 il fərq olacaq.
       İndi də Call of Duty: Black Ops 4-ün təxmini PC sistem ehtiyaclarına göz ataq:
    • Prosessor: Intel Core i5-2400 3.1GHz veya AMD Ryzen R5 1600X
    • Video kart: GeForce GTX 1060 veya Radeon RX 580 8GB
    • RAM: 12 GB
    • Əməliyyat sistemi: Win 10 64
    • Yaddaş: 90 GB
    Göründüyü kimi oyun üçün olduqca yaxşı sistem tələb olunur. Minimum i5 prosessor və GTX1060 video kart istəyən oyun arzulayanlara biraz baha başa gələcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər