main-post-cover

    'Call of Duty: Modern Warfare II'nin ilk gameplay videosu sərgilənib (VİDEO)

    Digər
    Oyun və Film
    10.06.2022
    Farid Pardashunas
        Keçirilmiş Summer Game Fest 2022 adlı online tədbir çərçivəsində Activision Blizzard şirkəti hazırlanan “Call of Duty: Modern Warfare II” oyununun ilk gameplay videosunu sərgiləyib. Sərgilənmiş gameplay videosu oyunun süjet xəttini əhatə edən missiyalardan birinə aiddir. Qeyd etmək lazımdır ki, “Call of Duty: Modern Warfare II” bu ilin 28 oktyabr tarixində Playstation 4, Playstation 5, Xbox One, Xbox Series X, Series S konsolları və PC üçün satışa çıxacaq. Yeni oyunun süjet xətti yenidən Captain Price -ın rəhbərliyi altında olan Task 141 dəstəsinin macəraları haqqında olacaq. Məlumata əsasən bu dəfə Task 141 dəstəsi Al-Qatala adlı terrorçu qruplaşmaya və Meksikanın Las Alamas adlı narkotik kartelinə qarşı mübarizə aparacaq. “Call of Duty: Modern Warfare II”dən əlavə olaraq bu ilin sonuna kimi “Warzone 2.0battle royale oyunu da işıq üzü görəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər