Logo
    main-post-cover

    Çoxdan bəri hamı tərəfindən gözlənilən 'Avengers: Infinity War' filminin ilk möhtəşəm traileri təqdim olundu

    Oyun və Film
    29.11.2017
    Emil
    Avengers komandası və onun müttəfiqləri Yer kürəsini müxtəlif təhlükələrdən qoruduqları bir müddətdə yeni böyük təhlükə baş verir. Qalaktik tiran olan Thanos reallığı istəyə görə dəyişə bilən bütün Sonsuzluq Daşlarını yığmaq niyyətindədir. Avengers komandasının əvvəllər qarşılaşdıqları bütün hadisələr bu yekun nəticəyə gətirirdi. Yer kürəsinin taleyi hələ bu dərəcədə qeyri-müəyyən olmamışdır. Rejissorları Anthony RussoJoe Russo olan filmdə baş rolları Robert Downer Jr, Chris Evans, Chris Hemsworth, Tom Hiddleston, Chris Pratt, Benedict Cumberbatch, Tom Holland, Mark Ruffalo, Jeremy Renner, Sebastian Stan, Josh Brolin, Dave Bautista, Paul Rudd, Tessa Thompson, Scarlett Johansson, Elizabeth Olsen, Zoe Saldana və digərləri canlandırıblar. Avengers: Infinity War filminin premyerası gələn ilin May ayında baş tutacaq.

    Paylaş
    Bənzər xəbərlər