main-post-cover

    Dota 2 oyununda nifrət etdiyimiz 10 qəhrəman

    15.11.2017
    Farid Pardashunas
    Bir çox şeyləri gördükdən sonra, Dota 2 qəhrəmanlarının ən nifrət edilənləri siyahısını hazırladıq.
        Hər zaman, Dota 2-yə daxil olduqda, ümidimizi itirmirik ki, oyun zarafat və əyləncə ilə dolu olacaq. Lakin reallıq, əlçatmaz arzudan çox uzaqdır .Oyunda, heç kimin özünə rəqib arzulamadığı qəhrəman çoxdur. Biz Dota 2-dən 10 qəhrəman seçdik və həmin qəhrəmanların oyunda olması, uzunmüddətli əzabın başlanğıcı deməkdir.
    10-Underlord

        Underlord bir müddət ictimai oyunlardan və pro-səhnələrdən yox olmuş olsa da, artıq qisas almaq üçün geri dönüb. İndi o çox sağlamdır və 57.3% qalib olmaq şansı var. Bir də,12 saniyəlik açılan iri, göy çuxuru unutmayın.
        Çuxura daxil olanda 1.8 saniyəlik qorxacaqsan. Yenə daxil olsan-yenə qorxacaqsan. Əgər Rod Atos-la birgə olsa, o zaman hərəkət məhdudiyyəti (problemi) qaçılmazdır. Onun komandasını anidən tutmağa cəhd göstərmək olar, lakin Dark Rift-in böyük əhatə dairəsi (fəaliyyət zonası) onları başqa təhlükəsiz yerə aparacaq. Və bunu dəyişmək və ya ləğv etmək olmaz.
    9-Doom
        Doom-un əlində Skipetr Aghanim, bir qəhrəmanı, o ölməyənə qədər ovsun hazırlamaq bacarığından məhrum edəcək (əlbəttə ki o əhatə dairəsində qalarsa).
    Lazımsız hesab edilən və iki dəqiqədən bir yüklənən və rəqibin oyundan çıxarılmasına istiqamətlənən istənilən qəhrəman bizim siyahıda olmalıdır. Beləcə də Doom bu siyahıya düşüb.
    8-Invoker
     Başgicəllənmə, zəiflik, gülünc yavaşlama, nəhəng sirli zərbə? Bu əlbəttə ki, İnvoker-dir.
        Çox güman ki, İnvoker sənin komandanda yalnız Sunstrike və Cold Snap edə bilər, halbuki, istənilən başqa komandada onun Tornado, EMP, Chaos Meteor, Deafening Blast ideal yerinə yetirir. Və Tornado şarjın azalmasından sonra 25 mərhələdən sonra mübarizə üçün elə də çox qəhrəman qalmır.
    7-Outworld Devourer
    Beləliklə, sən ortaya iki Tango və hər ehtimala qarşı ehtiyatda Healing Salve-la çıxırsan. Hansı ki, öz bacarıqlarını təkbətək döyüşdə nümayiş etdirməyə hazırdır. Pis xəbər: Sənin rəqibin Outworld Devourer-dir.
        Baxmayaraq ki, o, əvvəldə tutqun görsənir, sən onun yeddinci mərhələyə çatmağını gözlə. Onun Astral İmprisonment bacarığına görə, sən hər 10 saniyədən bir 4 saniyəlik türməyə düşəcəksən. Mübarizənin yarısını demək olar ki, sən monitora qışqırmağa həsr edəcəksən və əvəzində 325 zədə alacaqsan.
    6-Viper
      “Bir dəfə bu əyləncəli idi, amma əslində bu dəhşətdir”- Viper seçənlər.
        Bu personaj təkbətək döyüşlərdə, xüsusən oyunçunun kefini pozmaq üçün, yaradılıb. Əlbəttə ki, onun heç bir Əhatə dairəsi (fəaliyyt zonası) yoxdur, amma ona hücum edən hər kəsə zərbə vurur.
    5-Naga Siren
    Xatırlatma (priskazka) Dota 2 kimi köhnədir: “Naga ilə oyundan həzz alan yeganə oyunçu- Naga-sı olan oyunçudur”. Onun rəqiblərinə yalnız sürünənlərin yavaş yox olmasını izləmək qalır.
        Əgər sən komandada Naga-nın xoşbəxt sahibisənsə, burada hadisələr iki cür inkişaf edə bilər. Birincisi - nəhayət ki, 28 dəqiqədən sonra, sənin Naga-nın, Boots of Travel və Radiance-dən peyda olmasıdır. İkincisi daha da ümidsizdir: Naga kartı “udmayana” qədər, sən düşmən tərəfdən sürünəni öldürə bilmirsən və yeganə çıxış yolu - oyunçunun “mübarizəyə hazır olması”-nı gözləməkdir.
    4-Bristleback
    Bu qəhrəmanın professional səhnəyə qayıtması, nifrət etdiyimiz qəhrəmanlar siyahısında onu demək olar ki, əvvələ qoydu. Iki ovsun və arxadan 40% zərbə. Doğurdan?
        Çox güman ki, siz vaxtın çoxunu 4 qəhrəmandan qaçan Bristleback-ın yeridilməsinə sərf edəcəksiniz nəinki onu öldürməyə.
    3-Riki
    Oyunun ən aşağı mərhələsində, oyunçular aşkarlanmanı necə alacaqlarını bilmədikdə bu qəhrəman üsyankardır. Orta mərhələdə, oyunçular aşkarlanma almaq istəmədikdə, o nəzərə çarpır. Ən yüksək mərhələdə, oyunçular aşkarlanmanı keçə biləndə Riki rəqibin ekonomik varlığı üçün böyük zərbədir.
        Görünməz ziyankarın sakitliyi və qıcıqlandırıcı sıyrılma xüsusiyyəti var. Çox vaxt sadəcə Dust of Appearance kifayət deyil.
    2-Silencer
    Sən nə vaxtsa, kiminsə trekləri yarıda söndürdüyü əyələncəli gecədə olmusan? Indi isə elə bir canlı təsəvvür et ki, o hər iki dəqiqədə musiqini 6 saniyəlik söndürür. Bu, məhz Silencer-i öz komandasına seçəndir.
    1-Techies
    Biz boynumuza da ala bilmirik ki, bu qərarı almaq çətin oldu. Elə bir qəhrəman ola bilməz ki, kartın bir küncündə durub, digər küncündə qəzəbi ala bilsin, yenə də o var. Techies-in çoxsaylı partlayıcıları, onun ilk mərhələlərdən ölümcül təhlükəli olmasına imkan verir.
        Bu miner artıq kapitan rejimində mövcuddur və bütün bunlar həmişəkindən daha mənasız görsənir. Indi səsli siqnal sizi Proximity Mine-nın yanında olmağınızdan xəbərdar edəcək, amma çox vaxt bu artıq gec olur.
        Əlavə olaraq qeyd edək ki, Azərbaycanda Red Bull Son Çempion 2017 turniri start götürür. Turnir, məşhur Dota 2 oyununun sözün əsl ənasında "oynayanlarını" axtarır. Öz komandanızı toplamaqla Red Bull Son Çempion 2017 yarışına qoşula bilərsiniz. Ölkə üzrə yarışın qalibi, Türkiyə Red Bull Son Şampiyon yarışına yollanacaq. Qeyd edək ki, Türkiyədə keçirilən həmin yarış ESL seriyalarına aiddir. Azərbaycanda keçirilən turnirdə iştirak etmək üçün buradan ətraflı məlumat əldə edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər