Logo
    main-post-cover

    Dwayne Johnson 'Rampage' adlı yeni filmdə nəhəng vəhşi heyvanlara qarşı (VİDEO)

    Oyun və Film
    16.11.2017
    Emil
    Primatoloq Davis Okoye insanlardan uzaq qalaraq doğulduğu vaxtdan bəri böyütdüyü George adlı qorilla ilə dostluq etməyi üstün tutur. Lakin genetik təcrübə nəticəsində George sözə qulaq asan meymundan böyük vəhşiyə çevrilir. Bundan əlavə olaraq məlum olur ki, genetik dəyişikliyə məruz qalmış başqa heyvanlar da var.
    Vəhşi və nəhəng heyvanlar şəhərləri məhv etdikləri bir vaxtda Davis genetik mühəndislə birlikdə onları öz əvvəlki vəziyyətlərinə qaytara biləcək dərmanı yaratmağa çalışmalı və nə vaxtsa dostu olmuş George-u xilas etməlidir. Rejissoru Brad Payton-un olduğu filmdə baş rolları Dwayne Johnson, Jeffrey Dean Morgan, Joe Manganiello, Naomie Harris, Malin Akerman və digərləri canlandırıblar. Rampage filminin premyerası gələn ilin Aprel ayında baş tutacaq.

    Paylaş
    Bənzər xəbərlər