
E3 2018 Sony: The Last of Us Part 2, Death Stranding, Ghost of Tsushima, Nioh 2
Oyun və Film
12.06.2018
Emil
Beləliklə Sony şirkəti də E3 2018
sərgisi çərçivəsində öz konfransını keçirtdi. Əvvəlki illər ilə müqayisədə Sony
şirkəti bu il zəif çıxış etsə də maraqlı oyunları ilə yadda qaldı. İndi isə
konfransda təqdim olunmuş ən maraqlı oyunları sizinlə paylaşırıq.
The Last of Us Part 2:
Sony şirkətinin konfransı çoxdan
gözlənilən The Last of Us Part 2 oyununun ilk gameplay videosu ilə start
götürdü. Videodan da görmək olar ki, yeni oyunda zorakılıq səviyyəsi yüksək səviyyədə
olacaq. Oyun eksklüziv olaraq PS4 konsolu üçün hazırlanır və çox güman ki, gələn
il satışa çıxacaq.
Resident Evil 2 Remake:
Konfrans zamanı Capcom şirkəti
Resident Evil 2 oyununun remake versiyasını təqdim etdi. Oyun demək olar ki,
artıq hazırdır. Belə ki, o, 25 Yanvar 2019-cu il tarixində PC, PS4 və Xbox One
üçün satışa çıxacaq.
Ghost of Tsushima:
Keçən il Sony şirkətinin
konfransında anons olunmuş Ghost of Tsushima oyununun bu ilki konfransda ilk
gameplay videosu təqdim olundu. Oyun inFamous oyun seriyasının yaradıcısı
Sucker Punch studiyası tərəfindən hazırlanır. Ghost of Tsushima-nın baş qəhrəmanı
Jin adlı samuray olacaq. O, Tsushima adasını işğal altına alan Monqol ordusuna
qarşı mübarizə aparacaq. Artıq videodan da görmək olar ki, oyun necə möhtəşəm
qrafikaya və dizayn özəlliklərinə sahib olacaq. Oyun eksklüziv olaraq PS4 üçün
hazırlanır və çox güman ki, gələn il satışa çıxacaq.
Death Stranding:
Sonunda Hideo Kojima tərəfindən
hazırlanın Death Stranding oyununun ilk gameplay videosu təqdim olundu.
Videodan da görmək olar ki, oyunda həmçinin məşhur aktrisalar Lea Seydoux və Lindsey
Wagner iştirak edirlər. Oyun haqqında olan əvvəlki videolar kimi yeni video da
çoxlu sayda suallar yaradır. Oyun eksklüziv olaraq PS4 üçün hazırlanır. Onun nə
zaman satışa çıxacağı barəsində isə heç bir məlumat yoxdur.
Nioh 2:
Keçən il satışa çıxmış Nioh action
samuray oyunu heç gözlənilmədən əsl məşhurluq qazandı və yaxşı satış göstəriciləri
sərgilədi. Buna görə də Team Ninja studiyası heç uzatmadan Sony şirkətinin
konfransı çərçivəsində Nioh 2 oyununu anons etdi. Oyun çox güman ki, eksklüziv
olaraq PS4 üçün hazırlanır və gələn ildə satışa çıxması gözlənilir.
Sony şirkəti Spider-Man haqqında
hazırlanan yeni oyunu da unutmadı və onun yeni gameplay videosunu təqdim etdi.
Oyun Insomniac Games tərəfindən hazırlanır. Videodan da görmək olar ki, oyun
çox əla bir şey olacaq. Marvel’s
Spider-Man bu ilin 7 Sentyabr tarixində eksklüziv olaraq PS4 üçün satışa
çıxacaq.
Control:
Max Payne, Alan Wake və Quantum Break kimi oyunların yaradıcısı
olan Remedy studiyası Control adlı oyununu anons etdi. Yeni oyun tərzinə görə
Quantum Break oyununa çox bənzəyir. Oyunun baş qəhrəmanı qadın personajı olacaq və
o, qeyri-adi güclərə sahib olacaq. Oyun gələn il PS4, Xbox One və çox güman ki,
PC üçün də satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
