
Dünən gecə saatlarında “EA Games” şirkəti, E3 2017 oyun sərgisi öncəsi öz ənənəvi konfransı EA Play-i keçirtdi. Bu konfransda bir çoxlarının gözləntilərinə əsasən yeni Need for Speed Payback, Star Wars: Battlefront II oyunlarının gameplay videoları və FIFA 18 haqqında məlumatlar verildi. Lakin bu konfrans sürprizsiz də ötüşmədi. Belə ki, konfrans çərçivəsində şirkət iki yeni oyunu anons etdi. Onlardan biri Anthem adlanır. Bu oyun hamı tərəfindən tanınan BioWare studiyası tərəfindən hazırlanır. Oyun haqqında ətraflı məlumatlar isə “Microsoft” şirkətinin E3 2017 çərçivəsində keçirəcəyi konfransda təqdim olunacaq. İkinci oyun isə A Way Out adlanır. İndi isə gəlin sizlərə konfransın ən maraqlı oyunları haqqında məlumatları verək.
Need for Speed Payback:
NES 30 yaşını qeyd edir!
Konfrans zamanı Ghost Games studiyası yeni Need for Speed oyunun ilk gameplay videosunu təqdim etdi. Yeni yarış oyunu, keçmiş hissələrdən fərqli olaraq daha kinematoqrafik olub. Bundan əlavə olaraq yeni oyundakı qarajda istənilən sayda avtomobil saxlamaq mümkün olacaq. Keçən hissələrdə isə maksimum 5 avtomobil saxlamaq mümkün idi. Super Builds funksiyası vasitəsilə siz öz avtomobilinizi istədiyiniz rejimə sala bilərsiniz. Məsələn, drift, yarış, runner, offroad və s. Oyunda olacaq avtomobillərdən hələki təsdiq olunmuşlar bunlardır. Nissan 350Z, BMW M4, Wolkswagen Beetle və Chevrolet Camaro SS. Need for Speed Payback, bu ilin Noyabr ayında PC, PS4 və Xbox One üçün satışa çıxacaq.
Anthem:
EA Play konfransı çərçivəsində BioWare studiyası özünün yeni oyunu olan Anthem-in ilk teaser trailerini təqdim etdi. “EA” şirkəti bildirdi ki, bu oyunun ilk gameplay videosu və məlumatları, “Microsoft” şirkətinin konfransında təqdim olunacaq. Çox güman ki, oyunu, “Microsoft”un yeni Project Scorpio adlı yüksək performanslı konsolunda təqdim edəcəklər. Anthem adlı yeni oyuna gəldikdə isə onun çıxış tarixi 2018-ci ilin payız fəslinə planlaşdırılır.
A Way Out:
Konfrans zamanı daha bir yeni oyunun anonsu da oldu. Söhbət A Way Out oyunundan gedir. Bu oyun, Hazelight Studios tərəfindən hazırlanır və əsasən co-op rejim üçün nəzərdə tutulub. Sözügedən yeni oyunda hər bir personaj unikal, süjet xətti isə həyəcanlandırıcıdır. Lakin onun ən əsas özəlliyi, split screen funksiyasına sahib olmasıdır. Yəni iki oyunçu bir ekranda rahatlıqla oynaya biləcək. Buna baxmayaraq oyun, online rejimi də dəstəkləyəcək. A Way Out oyunu gələn ilin əvvəlində PC, PS4 və Xbox One üçün satışa çıxacaq.
Star Wars Battlefront II:
EA Play konfransı çərçivəsində şirkət, Star Wars Battlefront II oyununun multiplayer rejiminin ilk videosunu və singleplayer rejiminin yeni trailerini təqdim etdi. Konfransda şirkət bildirdi ki, oyun üçün çıxacaq bütün DLC-lər pulsuz olacaq və oyundakı kontent, keçmiş oyundan 3 dəfə çox olacaq. Bundan əlavə olaraq yeni oyunu pre-order edəcək bütün oyunlar üçün bu ilin payız fəslində open beta-test keçiriləcək. Star Wars Battlefront II oyunu bu ilin Noyabr ayında PC, PS4 və Xbox One üçün satışa çıxacaq.
FIFA 18:
Şirkət, sözügedən konfrans zamanı FIFA 18 futbol oyununun təqdimatını da edib. Bu dəfə oyunun üz qabığında məşhur futbolçu Christiano Ronaldo-nun siması əks olunacaq. Bundan əlavə olaraq FIFA 18-də “The Journey: Hunters Return” adlı singleplayer rejim də olacaq. FIFA 18, bu ilin Sentyabr ayında PC, PS4, Xbox One, PS3, Xbox 360 və Nintendo Switch konsolları üçün satışa çıxacaq.
Şərh yoxdur