main-post-cover

    Ən ağıllı zəkaların yarışı Azərbaycanda başlayır [Red Bull Mind Gamers]

    01.10.2018
    Farid Pardashunas
        Red Bull Mind Gamers dünyadakı ən ağıllı zəkaların yenidən axtarışındadır. Red Bull Escape Room üzrə ikinci dünya çempionatı 2019-cu ilin mart ayında keçiriləcək. Dünya çempionatında iştirak üçün komandalar 2 mərhələli bir yarış prosesindən keçməli olacaqlar.
        Birinci mərhələ onlayn formada keçirilən təsnifat yarışıdır. Bu mərhələdə istifadəçilər redbullmindgamers.com saytına daxil olmaqla yarışın ilkin mərhələsinin tamamlaya bilərlər. 2018-ci ilin avqust ayından etibarən redbullmindgamers.com saytında onlayn təsnifat mərhələsi kvest otağının pərəstişkarları və eksperlərinin üzünə açıqdır.
        İkinci mərhələdə isə iştirakçılar 4 nəfərdən ibarət olan komanda qururlar və dünyanın 25-dən artıq ölkəsindən olan yerli seçim tədbirlərində iştirak edə bilmək üçün seçim mərhələsinin məkanını seçirlər. Bu ölkələr arasında Avstraliyadan Almaniyaya, Hindistan, Norveç, ABŞ-dan Braziliyaya qədər çoxlu sayda ölkələr yer alır.
        Onlayn formada keçirilən təsnifat və yerli seçim mərhələsi həyata keçirildikdən sona dünyanın dörd bir yanından gələn ən zəkalı oyunçular 2019-cu ilin mart ayında bir araya gələrək Red Bull Escape Room üzrə ikinici dünya çempionatınının qalibinin adına aydınlıq gətirməyə çalışacaqlar. Digər tərəfdən isə xakerlər dünyası haqqında oyun oynayacaqlar.
        Missiya: “Omni’s Escape”
        Red Bull Mind Gamers platformasının məqsədi ən parlaq və maraqlı zəkalardan ibarət bir topluluq yaratmaq olduğuna görə, yarış özləri ilə mübarizə aparamaq istəyən insanlar üçün tamamilə düşündürücü, interaktiv məzmuna malik olan və real həyatla əlaqəli olan tədbirlər təklif edir. Vyana Texniki Universiteti və ya MIT də daxil olmaqla bir sıra qabaqcıl sənayə innovatorları bu pazl və oyunları yaradır və ya inkişaf etdirir. Kvest otağının yaradılmasında iştirak edən düşünən beyinlərdən biri də Kanadanın Brenford şəhərindəki Uilfrid Lorye Universitetindəki BGN Laboratoriyasının direktoru olan prof. Skot Nikolsondur. Öz komandası ilə birlikdə o, ikinci dünya çempionatının bütün yeni otaqlarının dizaynı üçün əlindən gələnin ən yaxşısını etməyə çalışır.
        Nəticə olaraq isə ortaya “Omni’s Escape” adlı oyun çıxdı. Kvest otağı “hack” etmə konsepsiyalarından ilhamlandırılaraq yaradılıb və iştirakçıların 6 problemi həll etmək üçün xüsusi bacarıqlarından istifadə etməsi üçün layihələndirilib. Bu bacarıqlar aşağıdakılardır: yaradıcılıq, məntiq, vizual düşünmə, musiqi duyumu, yaddaş və strategiyadır. Bütün bunlara sahib olub cəld tərpənə bilən komanda dünya çempionu olmazdan əvvəl son bir əngəllə qarşı-qarşıya qalacaq. Bildiyimiz kimi komandalar 4 nəfərdən ibarət olacaq və bu dörd nəfər bütün oyun boyunca bir-birləri ilə mümkün qədər yaxın işləyəcək.
        İnsanın Kvest Otaqlarında oynamaq istəyi ilk olaraq 2007-ci ildə Yaponiyada kəşf edilib və kvest otağı üslubunda olan video-oyunlardan ilham alınaraq formalaşdırılıb. Son bir neçə ildə demək olar ki, dünyanın dörd bir bucağına yayılıb və hazırda bütün yaş qruplarında öz məşhurluğunu qorumaqdadır. Real həyatla əlaqəli olan Kvest Otağı oyunları qazandığı bu uğurun arxasında duran sirr pərdəsi insanın güclü daxili istəyinə və nəaliyyət qazanma duyğusuna əsaslanmasıdır. Sadəcə fiziki nöqteyi-nəzərdən yox, eyni zamanda mental nöqteyi-nəzərdən. Artıq uzun zamandır ki, idman növləri bu kombinasiya üçün ən yaxşı misal kimi qeyd edilir. Çünki düçncə tələb edən və strategiyanın müəyyən səviyyəsini tələb edən yarışlar kompyuter və ya video-oyunlarla əlaqələndirilir. Bu gün həm sosial, həm də fiziki aspektlərin formalaşması da bu oyunlarda ortaya çıxa bilir. Bu anlayışın ən geniş yayılan və ən son ortaya çıxan misallarından biri də Qaçış Otaqları hesab olunur. Tapmacaları və pazlları rəngli ekranlardan reallığa daşıyarkən və insanın sosial və fiziki qarşılıqlı təsirə olan istəyini tam qarşılayarkn bu oyunlar eyni zamanda birqədər intellektual mübarizə və həyəcan da təmin etmiş olur. Çox sürətlə yayılan və geniş bir auditoriyaya malik olan oyun 2017-ci ildən etibarən Red Bull Mind Gamers-in də bir parçasıdır.
        Yarışda İştirak    
        Facebook event page - https://win.gs/2DAxoKV

    Linki kopyala