
'Fantastic Beasts: The Crimes of Grindelwald' filminin ilk traileri
Oyun və Film
13.03.2018
Emil
Birinci filmin sonunda güclü və şər
qüvvələrin tərəfdarı olan sehrbaz Gellert Grindelwald həbs olunmuşdu. Lakin öz
sözünə əməl edərək o qaçmağı bacarmış və öz ətrafında özü kimi şər qüvvələrin tərəfdarı
olan insanları yığmağa başlamışdır. Həmin insanlar isə Grindelwald-ın əsas məqsədindən
xəbərsizdirlər. Onun əsas məqsədi isə planetdəki bütün sehrbazlar və sehrbaz
olmayan varlıqlar üzərində ən üstünü olmaqdır. Bunu bilən Albus Dumbledore kömək
üçün öz keçmiş tələbəsi olan Newt Scamander-ə müraciət edir.
Newt isə onu gözləyən
təhlükələrdən xəbərsiz Albus-a kömək etməyə razı olur. İki hissəyə ayrılan
sehrli dünyada sevgi və sədaqətliyin dözümlülüyü yoxlanacaq, iki tərəf arasında
olan konflikt isə dostlar və hətta ailə üzvlərini bir-birindən ayıracaq.
Rejissoru David Yates olan filmdə baş rolları Eddie Redmayne, Jude Law, Johnny Depp, Ezra
Miller, Dan Fogler, Katherine Waterston və digərləri canlandıracaqlar. “Fantastic Beasts: The Crimes of
Grindelwald” filminin premyerası bu ilin Noyabr ayında baş tutacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
