Logo
    main-post-cover

    'Fast & Furious 9' filminin premyera tarixi məlum oldu

    Oyun və Film
    05.10.2017
    Emil
    Universal film studiyası, “Fast & Furious 9” filminin premyera tarixini ertələdi.
    Əvvəlcədən planlaşdırıldığına əsasən film, 19 Aprel 2019-cu il tarixində izləyicilərə təqdim olunacaqdı. Lakin filmin yaradıcıları, 1 il də gözləməyə qərar verdilər. Beləliklə film, 10 Aprel 2020-ci ildə böyük ekranlara çıxacaq. Bu cür qərarın hansı səbəbdən verildiyi tam olaraq bilinmir. Qeyd etmək lazımdır ki, bu il ekranlara çıxmış “Fast & Furious 8” filmi, ümumilikdə 1.23 milyard dollar gəlir əldə etdi.

    9-cu filmə gəldikdə isə onun süjet xətti, 8-ci filmin süjet xəttinin davamından bəhs edəcək. Film seriyasından tanınan bütün aktyor heyyətinin, 9-cu filmdə də rol almaları gözlənilir. Bu seriyanın baş aktyoru və prodüsseri Vin Diesel bildirmişdi ki, o, 10-cu filmi də çəkməyi planlaşdırır. 10-cu filmdən sonra isə o, bu məşhur film seriyası ilə vidalaşacaq.
    Paylaş
    Bənzər xəbərlər