main-post-cover

    'Game of Thrones'un final sezonu 2018-ci ildə çıxmayacaq

    Digər
    Oyun və Film
    29.08.2017
    Farid Pardashunas

    Məşhur “Game of Thrones” serialının pərəstişkarları böyük miqdarda səbr ehtiyyatına sahib olmalıdırlar.

    Belə ki, serialın finalı olacaq 8-ci sezon çox güman ki, 2018-ci ildə təqdim olunmayacaq. Məlumatlara əsasən final sezonun çəkilişləri bu ilin payız fəslində start götürüb, 2018-ci ilin Avqust ayında başa çatması planlaşdırılır. Müəyyən vaxt, çəkiləcək materialın montajına və kompüter effektlərinə sərf olunacaq. Burdan da belə qənaətə gəlmək olar ki, serialın final sezonunun premyerası, 2019-cu ilin birinci yarısında baş tutacaq. “Bizim istehsalat şöbəmiz hal hazırda çəkiliş qrafikinin və kompüter effektlərinə sərf olunacaq zamanın təyini üzərində çalışır. Bu dəfə çəkilişlər çox çətin olacaq. Belə ki, onlar müxtəlif kontingentlərdə və müxtəlif texnologiyaların sayəsində baş tutacaqlar. Kompüter effektlərinə gəldikdə isə bu, işin tamamilə başqa bir mərhələsidir” – deyə HBO telekanalının təmsilçisi bildirib. Qeyd etmək lazımdır ki, serialın 7-ci sezonu bir neçə gün bundan öncə başa çatdı. 7-ci sezonun final epizodu olan 7-ci seriya isə izləyicilər tərəfindən baxış sayına görə rekord qırdı. Nəzərinizə çatdırmaq lazımdır ki, bir neçə müddət bundan öncə HBO telekanalına hackerlər tərəfindən hücum edilmişdi. Bu kiberhücum sayəsində serial barəsində bir sıra materiallar hackerlər tərəfindən oğurlanmışdı. Lakin bu cür hadisə də, serialın uğur qazanmasına mane ola bilmədi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər