Hazırlaşın, 'John Wick' üzrə serial gəlir

Hazırlaşın, 'John Wick' üzrə serial gəlir

Oyun və Film
13.01.2018 PAYLAŞIM

Yeni layihə muzdlu qatillərin gizli dünyasının təfərrüatlarından danışacaq.

Starz kanalı Lionsgate studiyası ilə birlikdə The Continentaladlı televiziya serialı hazırlayır. Serialdakı hadisələr “John Wick” film seriyasının dünyasında cərəyan edəcək. Serialın süjet xəttinin mərkəzində isə muzdlu qatillərin yaşadıqları və fəaliyyət göstərdikləri Continental oteli olacaq. “John Wick” film seriyasının yaradıcılarından biri olan və hər iki filmə rejissorluq etmiş Chad Stahelski serialın ilk epizodunu çəkəcək və həmçinin serialın prodüsserliyini də öz öhdəsinə götürəcək.

Starz kanalı söz verib ki, “The Continental” serialı izləyiciləri maraqlı atışma və döyüş səhnələri ilə heyran edəcək. Həmçinin serialda olacaq bəzi personajların “John Wick 3” filmində də geri dönəcəkləri ehtimalı var. Keanu Reeves-ə gəldikdə isə o, serialda epizodik rolu canlandıracaq. Əsas üstünlük isə yeni personajlara veriləcək. Onu da qeyd etmək lazımdır ki, “John Wick 3” filminin premyerası 17 May 2019-cu il tarixində baş tutacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


10 yaşı tamam olan əfsanə oyun Point Blank artıq Azərbaycan dilini dəstəkləyir..

10 yaşı tamam olan MMOFPS oyunu Point Blank artıq Azərbaycan dilini də tam dəstək verir.


Amazon'un The Boys serialının 2'ci sezonu ilə bağlı bilinən məlumatlar

Amazon tərəfindən istehsal edilən The Boys serialı izləyicilər tərəfindən müsbət rəylər almışdı. İlk..


Spider-Man Far From Home filminin ilk traileri

Spider-Man Far From Home filminin hadisələri Avengers: End Game filminin hadisələrindən sonra cərəya..


Game of Thrones serialının final sezonunun çıxış tarixi elan edildi (VİDEO)..

HBO telekanalı məşhur Game of Thrones serialının final sezonunun təqdimat tarixini açıqladı...


'X-Men: Dark Phoenix' filminin ilk traileri yayımlandı

Jean Grey bütün dünyanı məhv edəcək gücə sahib olaraq Dark Phoenix-ə çevrilir.


Optimus Prime yeni formatda: 'Bumblebee' filminin yeni traileri

1987-ci il. Təqiblərdən gizlənən Bumblebee Kaliforniya şatının hansısa şəhərinin avtomobil zibilliyi..

×