
Hazırlaşın, 'John Wick' üzrə serial gəlir
Oyun və Film
13.01.2018
Emil
Yeni layihə muzdlu qatillərin gizli dünyasının təfərrüatlarından danışacaq.
Starz kanalı Lionsgate studiyası
ilə birlikdə “The Continental”
adlı televiziya serialı hazırlayır. Serialdakı hadisələr “John Wick” film
seriyasının dünyasında cərəyan edəcək. Serialın süjet xəttinin mərkəzində isə
muzdlu qatillərin yaşadıqları və fəaliyyət göstərdikləri Continental oteli
olacaq. “John Wick” film seriyasının yaradıcılarından biri olan və hər iki filmə
rejissorluq etmiş Chad Stahelski serialın ilk epizodunu çəkəcək və həmçinin
serialın prodüsserliyini də öz öhdəsinə götürəcək.
Starz kanalı söz verib ki, “The
Continental” serialı izləyiciləri maraqlı atışma və döyüş səhnələri ilə heyran
edəcək. Həmçinin serialda olacaq bəzi personajların “John Wick 3” filmində də
geri dönəcəkləri ehtimalı var. Keanu Reeves-ə gəldikdə isə o, serialda epizodik
rolu canlandıracaq. Əsas üstünlük isə yeni personajlara veriləcək. Onu da qeyd
etmək lazımdır ki, “John Wick
3” filminin premyerası 17 May 2019-cu il tarixində baş tutacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
