
HBO 'Game of Thrones'-un son sezonunun çıxış ilini rəsmi olaraq elan etdi
Oyun və Film
06.01.2018
Emil
HBO televiziya kanalı rəsmi olaraq “Game of Thrones” serialının son sezonunun çıxış tarixini təsdiqlədi.
Beləliklə məşhur televiziya
serialının final sezonu 2019-cu ildə təqdim olunacaq. Qeyd etmək lazımdır ki,
HBO yalnız çıxış ilini söyləyib. Tam dəqiq çıxış tarixi barəsində isə məlumat
verilməyib. Beləliklə çəkilişlərinə hələ keçən ilin Oktyabr ayında start
verilmiş serialın son sezonunu 1 il gözləmək lazım gələcək. Bundan əlavə olaraq
kanal təmsilçiləri bildiriblər ki, 8-ci sezon 6 seriyadan ibarət olacaq. Lakin
hər bir seriyanın xronometrajı tam filmin xronometrajına yaxın olacaq.

HBO-nun
məlumatlarına əsasən son sezonun hər bir seriyası kanala 15 milyon dollara başa
gələcək. Bundan əvvəlki sezonlarda hər bir seriyanın büdcəsi isə 6-10 milyon
dollar təşkil edirdi. Pərəstişkarların serialın finalına dair nəzəriyyələrinin
düzgün çıxmamasına görə hələ bütün seriyaların çıxmasından öncə serial
yaradıcıları bir neçə sonluq variantları çəkəcəklər. Beləliklə serialın aktyor
heyəti də serialın necə bitəcəyini bilməyəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
