
Hollywood-da tarixi müqavilə baş tutacaq.
Belə ki, “Disney” “21st Century Fox” studiyasını
alır. Müqavilənin dəyəri isə 52.4 milyard dollar təşkil edəcək. Sözügedən
müqavilə artıq çoxdan planlaşdırılırdı. Lakin o, növbəti bir neçə gün ərzində baş tutacaq.
Qeyd etmək lazımdır ki, bu birləşmə hələ antimonopoliya komiteti tərəfindən təsdiqlənməlidir.
Beləliklə “Disney” online-video sahəsində böyük oyunçu olacaq. “Neftlix”, “Apple”
və “Amazon” isə bu böyük oyunçu ilə rəqabət aparmalı olacaqlar. Bundan əlavə
olaraq studiyanın “Deadpool”, “X-Men”,
“Avatar”, “Fantastic Four”, “Simpsons” və s. kimi digər məşhur
seriyaları “Disney”in
tabeliyində olacaq. Sonunda Marvel pərəstişkarlarının çoxdankı arzuları
reallaşa bilər. Belə ki, X-Men qəhrəmanları Avengers komandasına qoşula bilərlər.
Bundan əlavə olaraq “Disney” həmçinin
FX və National Geographic kabel televiziyalarına da sahib olacaq.
Şərh yoxdur