
James Bond haqqında olacaq yeni filmin premyera tarixi rəsmi olaraq açıqlandı
Oyun və Film
25.07.2017
Emil
“EON Productions” və “Metro-Goldwyn-Mayer” şirkətləri, yeni James Bond filminin premyera tarixini açıqladılar.
Verilən məlumata
əsasən James Bond-a aid 25-ci film, 8 Noyabr 2019-cu il tarixində izləyicilərə
təqdim olunacaq. Maraqlısı ondadır ki, yeni filmin premyera tarixi açıqlanan
zaman aktyor Daniel Craig-in həmin filmdə iştirakı barədə heç bir məlumat
verilməyib. Bundan əlavə olaraq filmin rejissorunun adı və filmin tam adı da
açıqlanmayıb. Bu cür tədbirlər üçün isə belə bir gedişat qəribədir. Açıqlanmış
premyera tarixi çərçivəsində James Bond haqqında olacaq yeni filmin hələki heç
bir rəqibi yoxdur. Qeyd etmək lazımdır ki, “007: Spectre” filminin
premyerasından sonra Daniel Craig bildirmişdi ki, bir daha James Bond roluna
geri qayıtmayacaq. Lakin daha sonra o qeyd etmişdi ki, öz iddiasını bir qədər
böyütmüşdü. Bu ayın əvvəlində isə şaiyələr yayıldı ki, filmin yaradıcıları,
aktyoru sonuncu dəfə sözügedən film seriyasında oynamağa razı salıblar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
