
'Justice League' filminin Comic Con 2017-dən olan yeni trailerin qısa icmalı
Oyun və Film
24.07.2017
Emil
Nəhayət 2017 San Diego Comic Con tədbirində bizə “Justice
League” filminin yeni traileri göstərildi. Əvvəlcədən deyim ki, trailerdə nə qədər
qaranlıq məsələlər qalsa da, fikrimcə, çox gözəl və epic idi. İndi isə analiz
edək. Amma əvvəlcə baxmayanlar və baxanlar bir daha traileri izləsin.
Trailer hamımızın tanıdığı Wonder Woman
yaxud Princess Diana ilə başlayır. O, muzeyə edilən soyğunun qarşısını almağa
çalışır. Görünür ki, filmdə Batman ilə bərabər böyük rol oynayacaq.

Və daha sonra Themyscira-nı görürük. Wonder
Woman filmində göstərilən adanın adıdır. Yəni Diana insanların arasına qatılana
qədər bu adada yaşamışdır. Trailerdə maraqlı gələn isə 3 Mother Box-dan birinin
burda olmasıdır. Çox güman ən təhlükəsiz yer kimi fikirləşib ora qoyublar, amma
göydən əsəbi tanrılardan birinin ilk bura gəlməsini fikirləşməyiblər.
Steppenwolf! Nəzərinizə çatdırım ki, Steppenwolf çox təhlükəli villain-dır və
Darkseid-in əmisi və Apokalips ordusunun komandiridir. Bizim dildə desək
general-polkovnikdir. Steppenwolf deyəndə əlində olan baltasını unutmamaq
lazımdır. Əslində belə olması düzgündür. Darkseid çox güclü biridir, hər nə qədər
onu tez görmək istəsək də birdən-birə qarşımıza çıxarmamaları əladır. {SPOILER}
Çox güman Steppenwolf axırda öləcək və Darkseid bütün gücünü toplayıb gələcək.
Hələ onun gəlməsinə 2 il var.

CGI, qısa desək effekt cəhətdən yaxşı
modifikasiya olunub. Bunu həmçinin baltası ilə yeri vuranda və JL (Justice
League) üzvünün bir neçəsi ilə döyüşündə görə bilərik. Aquaman haqqında nəsə deməyə ehtiyac
yoxdur. Sadəcə möhtəşəm. Filmə az da olsa yumor qatanlardan biri olacaq. Onu da
qeyd edim ki, Bruce ilk dəfə onu çağıranda gəlməyəcək, sonra başa düşəcək onsuz
JL olmaz! Parademon-ları surfing-də istifadə edən adamdı, hər şey gözləmək olar
ondan.

Filmdə məni biraz narahat edən Cyborg idi.
Açığı bəzi posterlərdə geyimini və dizaynın bəyənməmişdim. Ray Fisher əla
casting seçimidir. Amma bu trailer ilə görünür CGI təzədən işlənib və hər şey
yaxşıdı.

Cyborg, DC-də mənim həmişə xoşuma gələn
cool bir personajlardan olubdur. Detektivlik qabiliyyəti əla biridir. Ümid edirəm
filmdə az da olsa bu xüsusiyyətləti görəcəyik. Görə bilməsək də növbəti illərdə
çıxacaq filmində görəcəyik. Və hamımızın səbrsizliklə gözlədiyimiz The
Flash! Ezra Miller çox yaraşıb roluna. Thanks mr. Zack! Flash, zarafat və
sürprizlərlə dolu biridir. Həmçinin o ilk dəfədi ki, belə bir döyüşdə
olacaq. Team-ə qatılmaqda ən böyük səbəbi
dostlarının olmaması idi. Kostyumu çox əladır. Həmçinin hərəkət edərkən göy
işıqların olması çox əla olub. Komikslərdə Flash çox güclü biridi. Gücləri təkcə
sürətli olması ilə bitməyən biridir. Çox təəssüf ki, Green Lantern olması
ehtimalı çox azdı. Olsaydı əla ikili olacaqdı. Təəssüflənməyə dəyməz, çünki JL
2-də ikisini də görəcəyik. Bəlkə elə az da olsa bunda da gördük.

Və əsas məsələ. Superman hardadır?! Trailer-də
göstərilməməyini istəyirdik və sağolsunlar istəyimizi yerinə yetirdilər.
Bildiyimiz kimi {SPOILER} BvS-də (Batman v Superman) ölür. Amma hər kəs bilir
ki, geri qayıdacaq və onsuz JL mümkün deyil. Comic Con-da Henry Cavill iştirak
etməmişdi. Etsəydi hamı necə qayıdırsan? Qayıtmaq necə hisdi? Olum ya Ölüm?
kimi axmaq suallar verib qardaşı qoymayacaqdılar rahat otursun. Trailerin sonu
yəni Alfred olan hissəsi çox maraqlı və mübahisəlidir. Bəlkə də çoxumuz
Superman-di gələn deyirik. Amma o olmaya da bilər. Bəzi suallar var. Məsələn,
Superman geri qayıdan kimi niyə Batman yox Alfred-in yanına gəlsin? Ekranın sol
aşağı küncündə qırmızı cape görünür deyə camaat mütləq Superman-di deyir.
Ehtimal az olsa da Deathstroke, Martian Manhunter yaxud Nightwing ola bilər. Mənə
qalsa onların heç biri deyil. Ya Green Lantern, ya da Superman-dır. Alfredin
eynəyini diqqətlə baxsaq göy işıq parıltısı var.

Mənə görə məsələ Schrodinger-in pişiyi kimi
50/50-di. 4 aydan sonra dəqiqini biləcəyik. Həmçinin trailerdə easter egg var.
Steppenwolf “no Lanterns” deyir. Boş
boşuna işlənməz o söz. Green Lantern solo filmi təsdiqlənib. Ola bilsin bu şəkil
filmin sonunda bir neçə saniyəlik baş verir. İlk dəfə eşidəndə ki, JL 1-də
Green Lantern olmayacaq üzülmüşdük. Amma DC-ni də başa düşürük təzə universe
qurur, CGI çox pul və vaxt tələb edir. Ümumilikdə götürsək trailer dəfələrlə baxılası
qədər cəlbedicidir. Şikayətimiz yoxdur. Təki “Batman v Superman”dəki kimi səhnələri
kəsməsinlər. İstəyir film lap 3 saat, 4 saat olsun amma heç bir səhnəsi kəsilməsin
yoxsa editing-dən əziyyət çəkəcək. Bu arada Jim Gordon nəhayət komikslərdəki
kimidir.
Az qala yadımdan çıxmışdı. Bütün bunlara
görə Zack Snyder-ə çox böyük təşəkkür düşür. Təəssüf ki qızı Martda intihar edəndən
sonra Zack, DC-dən ayrıldığını demişdi. Çox üzücü xəbərdi. Onun tərzi çox fərqli
idi. Ən azından “Man of Steel” və epic olan “Batman v Superman” filmlərini bizə
göstərdi. Və “Justice League” 1 ilə işini zirvədə buraxacaq.. Bu qədər. Traileri qısa analiz etdik. 2
sual var. Sizcə “Justice League”də Bruce neçə nəfəri gətirə biləcək və sonda gələn
kimdir?
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
