Justice League səhnələri yenidən çəkilir (extensive roshoots)!

Justice League səhnələri yenidən çəkilir (extensive roshoots)!

27.07.2017 PAYLAŞIM

2017 San Diego Comic-con'da Justice League trailer'i çıxdı və hamımızı sevindirdi. Bu gün isə onunla bağlı daha bir böyük xəbər aldıq. Əslində xəbər yaxşıdır, amma mənfi tərəfləri də var. Belə ki, Justice League çəkimləri bitsə də, bəzi səhnələrinin yenidən çəkilişi başlayacaq və təxminən 2 ay davam edəcək.Justice League

Sual olunur niyə belə edirlər?

Ən məntiqli cavab daha yaxşı film göstərmək cəhdləridir. Warner Bros. şirkəti  reshoots ( səhnələrin yenidən çəkilməsi) üçün 25 milyon $ xərcləyəcək və Los Angeles və London şəhərlərində olacaq. Çəkimlərini bitdiyini deyən Warner Bros. görünür aktyorları təzədən bir araya gətirəcək. Ancaq fikrimcə bu elə də asan olmayacaq. Çünki bəziləri artıq başqa filmlərin studiosunda çalışırlar. Kiçik bir araşdırmadan sonra bu hallar ilə rastlaşdım. Deməli Ben Affleck (Batman) ilə Gal Gadot ( Wonder Woman) demək olar boşdular. Onlar üçün problem olmayacaq. Ezra Miller (The Flash) üçün biraz çətin olsa da, o artıq reshoots üçün geri qayıdıb, çünki hal-hazırda Fantastic Beasts and Where to Find Them filminin çəkilişlərində rol alır. Jason Momoa üçün də problem olmayacaq, adam təkcə Comic-Con üçün gecə Avstraliyadan San Dieogaya uçub gəlmişdi. Reshoots üçün harda olsa gələcək. Justice League Comic Con 2017Tək problem yenə Henry Cavill'di (Superman). Bildiyimiz ki, o Mission: Impossible 6 filminin çəkilişlərindədir və bunun üçün hətta bığ da saxlayıb. Paramount studiosu çox güman Superman halı ilə olmasını qoymayacaq. Bu zaman ağıla 2 fikir gəlir. Ya CGİ istifadə ediləcək Superman olan səhnələrin bəzilərində, ya da Superman bığ saqqal bəzi səhnələrdə çəkiləcək (təki elə olsun). Blu-ray şəklində JL çıxanda əlavə səhnələr kimi elə görmək çox əla olardı. 


Image result for superman with beard henry cavill

Justice League noyabrın 17'si cinemalarda olacaq. Reshoots olunması filmin yubanmasına da səbəb ola bilər. Elə olsa heç bir tərəfə xeyir etməyəcək çünki dekabrın 15'də heç vaxt izləmədiyim Star Wars: The Last Jedi filmi gəlir. Eyni vaxtda olması təbii ki, heç kim istəmir. Ümid edək ki. elə noyabrın 17'də filmi ingilis seansında izləyə biləcəyik.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Niyə video oyun personajları az soyunurlar?

Video oyunlar sürətlə reallıq simulatoruna çevrilirlər. Biz təsəvvür edə bilmədiyimiz dünyaları gəzə..


Avengers: End Game filminin ilk traileri yayımlandı

Superqəhrəmanlardan ibarət komanda kainatın aqibətini bəlli edəcək son döyüşə hazırlaşır...


Red Bull Escape Room yarışmasının Azərbaycan üzrə qalibi müəyyən oldu

Bir ay davam edən Red Bull Escape Room yarışmasının seçim mərhələsi, 18 noyabr tarixində başa çatdı...


Ən ağıllı zəkaların yarışı Azərbaycanda başlayır [Red Bull Mind Gamers]..

Red Bull Mind Gamers dünyadakı ən ağıllı zəkaların yenidən axtarışındadır. Red Bull Escape Room üzrə..


John Wick 3 haqqındakı ilk məlumatlar ortaya çıxdı

Bir çoxumuzun səbirsizliklə gözlədiyi John Wick seriyasının 3-cü filmi ilə bağlı ilk məlumatlar yava..


Çoxdandır gözlənilən yerli animasiya 'Balta' dünən ilk bölümü ilə təqdim olundu..

Balta animasiyası Azərbaycan gəncinin gündəlik həyatda yaşadığı problemlərə yumoristik və absurd şək..

×