main-post-cover

    Məşhur insayder yeni 'Assassin's Creed' barəsində məlumatlar verib

    Digər
    Oyun və Film
    18.07.2022
    Farid Pardashunas
        Məlumdur ki, hər bir yeni “Assassin’s Creed” oyunu müəyyən tarix dövrünü əhatə edir. Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Ubisoft-un hazırladığı yeni  “Assassin’s Creed” oyunu XIV-XVI əsrlərdə Mərkəzi Amerikada mövcud olmuş Astek İmperiyası dövrünü əhatə edəcək. Oyun sahəsinin məşhur insayderlərindən biri olan Jason Schreier-in sözlərinə əsasən bu məlumat həqiqətə uyğun deyil. İnsayder bildirib ki, Ubisoft hal hazırda  “Assassin’s Creed Rift” adlı oyununun hazırlanmasını bitirmək üzrədir.
        Məlumatda qeyd edilib ki, bu oyunda baş qəhrəman rolunda  “Assassin’s Creed Valhalla”-da təqdim edilmiş Basim Ibn Ishaq çıxış edəcək, hadisələr isə Bağdadda cərəyan edəcəklər. “Assassin’s Creed Rift”-i əvvəlki oyunlardan fərqləndirəcək əsas özəllik ondan ibarət olacaq ki, bu oyun daha kiçik miqyasa sahib olacaq və əsasən stealth elementlərə üstünlük verəcək. Beləliklə “Assassin’s Creed” seriyasının son trilogiyasında olan miqyası “Assassin’s Creed Rift”-də gözləmək lazım deyil.
        Bununla yanaşı Ubisoft “Assassin’s Creed Infinity” üzərində də çalışmağa davam edir. Bu, gələcək “Assassin’s Creed” oyunları üçün nəzərdə tutulmuş irimiqyaslı platformadır. Sözügedən platforma istifadəyə verildiyi zaman oyunçulara bir-birindən asılı olmayan müxtəlif hekayələri və personajları təqdim etməlidir. Heç istisna deyil ki, platforma daxilində müxtəlif tarixi dövrləri əhatə edəcək layihələr olacaq. Jeff Grubb adlı digər məşhur insayder bildirib ki, Ubisoft həmçinin “Assassin’s Creed Infinity” əsasında olacaq oyunlardan biri üçün tarixi dövr qismində Yaponiyanın istifadəsini nəzərdən keçirdir. İnsayder həmçinin onu da qeyd edib ki, “Assassin’s Creed Infinity” özündə RPG elementləri qoruyub saxlayacaq. Qeyd etmək lazımdır ki, Ubisoft şirkəti "Assassin's Creed" oyun seriyası barəsində yeni rəsmi məlumatları sentyabr ayında təqdim etməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər